BURA / ORA
Hollivud aktrisası Ancelina Coli İraqın Mosul şəhərinə səfər edib. Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Hollivud aktrisası Ancelina Coli İraqın Mosul şəhərinə səfər edib. Bu səfərə Ancelina BMT-nin xoşməramlı səfiri kimi köçkünlərin həyat şəraiti ilə maraqlanmaq məqsədi ilə göndərilib. Mosul İraq Şam İslam Dövlətinin (İŞİD) 2016-cı ildə nəzarət altında saxladığı şəhərdi. Mosulun bərbası bir il çəksə də dağılmış şəhərin və orda yaşayanların durumu acınacaqlı olaraq qalır. Ancelina müsahibəsində indiyədək belə dəhşətli viran görmədiyini deyib: "Bu insanlar hər şeylərini itiriblər. Onların əzabı müqayisə olunmazdı. Onlar burda özbaşınadılar. Hər şeyi demək olar yalın əllə özləri düzəldirlər. Buna baxmayaraq əsarətdən qurtulduqlarına görə xoşbəxtdilər". Coli beynəlxaql aləmi Mosula diqqət göstərməyə çağırıb. Aktrisa 2001-ci ildən BMT -nin qaçqınlar və məcburi köçkünlər üzrə təmsilçisidi. Bu, onun 61-ci missiyasıdı.