YAZI / DÜŞÜNCƏ, SEVGİ
Həyatın xoşbəxtlik resepti Tarix : 25 Noyabr 2022, 16:33

İnsan övladı dünyaya göz açdığı andan sürəkli bir şeylərin arayışındadır. Bu arayışlardan biri də xoşbəxtlikdir. Hələ qədim zamanlardan xoşbəxtlik haqda yüzlərlə filosof, yazıçı, mütəfəkkir tərəfindən saysız fikirlər söylənib, şairlərin şeir, rəssamların rəsm mövzusu olub.   Xoşbəxtlik elə bir ehtiyacdır ki, kimisi onu pulda-parada görür, kimisi də onun sorağına ölkə-ölkə gəzib səadət axtarır. Xoşbəxtliyi heç də uzaqlarda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə sirlərini bilmək kifayət edər. Qadinkimi.com saytı olaraq həmin sirləri diqqətinizə çatdırırıq.


1. Xırda şeyləri dərd etməyin.


2. Səhərlər tez oyanmağa çalışın.


3. Həyatı olduğu kimi qəbul edin.


4. Buraxın arada canınız sıxılsın. Həmişə hər şey

yolunda olmalıdır deyə bir düşüncə düzgün deyil.


5. Başqalarını günahlandırmaqdan imtina edin.


6. Hər şeyə hakim olmağa çalışmayın.


7. Hər gün yeni şeylər öyrənməyə çalışın.


8. Buraxın bəzən başqaları haqlı olsun. Həmişə siz haqlı olacaqsız deyə bir şey yoxdur. 


9. Həyatınızdakı gerçəklikləri olduğu kimi qəbul edin və özünüzü aldatmayın.


10. Dostlarınızla vaxt keçirməkdən zövq alın.

 


Qadinkimi.com