UŞAQ / BÖYÜK
Dünyaya gələn kimi məşhurlaşan oğlan Tarix : 14 May 2020, 21:12

Polşanın Mieyjse - Odzanski kəndi son on illərdə yalnız qız uşaqlarının doğulması ilə məşhurdur. Əhalisi 300 - dən çox olmayan kənddə ev işləri ilə bərabər, bütün ağır işləri də qadınlar görməli olur. Təsərrüfatı da qadınlar idarə edir.


Kənddə yalnız qız uşaqlarının dünyaya gəlməsi dövlət səviyyəsində diqqət çəkib.Kəndə həkimlər göndərilib. Qadınları müayinədən keçirməklə yanaşı, həkimlər oğlan uşağının dünyaya gəlməsi üçün müəyyən məsləhətlər də verib. Kənd sədri isə oğlan doğulacaq ailəyə xüsusi hədiyyələr vəd edib.

Nəhayət bu "tilsim" sındı. Bu yaxınlarda Mileklər ailəsində oğlan doğuldu. Sağlam və gözəl oğlana Bartek adı veriblər. Körpənin anası Anna deyir:xoşbəxtəm, ona görə ki,oğlum gözəl və sağlamdır". Xatırladaq ki, ailənin ilki qızdır. 


Ailə saysız - hesabsız təbriklərin sevincini də yaşayır.

"Koronavirusa görə gözləməli olmuşuq. Karantindən sonra böyük şənliklər olacaq." Kənd sakinləri Bartekin onların həyatına gözəl dəyişikliklər gətirəcəyindən əmindirlər.

 


qadinkimi.com

Kkk





© Lemurov.net Источник: https://lemurov.net/neveroyatnoe/v-zhenskoj-derevne-vpervye-za/?fbclid=IwAR1_8HZz9CIimSJiS4erv77nP70oLcZaxIsriYcekaxwP0fFbFOXzWoi3pM