BURA / ORA
Gimnastımız Fransada keçirilən yarışda ikinci oldu - FOTO Tarix : 09 Aprel 2023, 21:53

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında gürzlərlə, qızıl, halqa və topla hərəkətlərin icrasında gümüş medala layiq görülüb. Xatırladaq ki, dünən gimnastımız çoxnövçülük proqramında da gümüş  medal qazanıb.


Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala layiq görülüblər.

 






Qadinkimi.com