1. Seksin gecəsi-gündüzü olmaz. Vaxtı dəyişməyi unutmayın. Əks halda bu akt istəkdən çox vərdişə çevriləcək.
2. Alt paltarına önəm verin. O paraşütə oxşayan torbanı cırıb atın. Xüsusilə qırçınlı bikini gözləyən kişilər, bəs özünüz? Sallaq alt paltarının partnyorunuzda ehtiras oyadacağına niyə bu qədər əminsiz?
3. Seksdən sonra üzünü çevirib yatıbsa, birmənalı olaraq sizi sevmir anlamına gəlməz. Bəlkə yorğundu? Əlbəttə, hər dəfə belə etməsi sevmir anlamına gəlir.
4. Seks fantaziyanız var? Bu haqda təcili düşünün. Hər dəfə eyni olmağınız niyə maraqlı gəlsin ki? Axı heç kim sizin təkrarçılığınızı bəyənməyə borclu deyil.
5. Utanmayın, yataqda nəyi sevib sevmədiyini açıq soruşun. Örtülü bazar, seksi pozar.
6. Altıncı? Birini də özünüz fikirləşin. Hər şeyi biz deməli deyilik ki. Bayaq qeyd etdik axı - Fantaziyanız olsun.
qadinkimi.com