BURA / ORA
Dünyanın danışdığı ilk və tək süni ürək cərrahı olan türk qadın… Tarix : 15 Noyabr 2022, 22:09

Avropanın tam süni ürək transplantasiyası edən ilk qadın ürək cərrahı dr. Dilek Gürsoy dünyaca məşhur "Forbes” jurnalının Noyabr buraxılışının üz qabığında yer alıb.

 


Tibb sahəsində uğurlu araşdırmaları ilə adından söz etdirən cərrah Türkiyənin Ordu şəhərində dünyaya gəlib və illər əvvəl Almaniya şəhərinə köçüb. 12 ildir süni ürək sahəsində çalışan Gürsoy 2019-cu ildə  Almaniyanın ən nüfuzlu mükafatlarından biri olan"Victress Award" və Alman Tibb Mükafatına (German Medical Award) layiq görülüb. Bununla yanaşı o, ilin həkimi də seçilib.


Avropada süni ürək cərrahiyyəsi üzrə tək qadın həkim olan Gürsoy Almaniyadan başqa Hindistan və Türkiyədə də vacib ürək əməliyyatlarında iştirak edib.

 



"Forbes” kimi prestijli bir jurnalın üz qabığında olmaqdan qürur duyduğunu deyən Dilek xanım "Jurnalda Almaniyada quracağımız ürək xəstəxanası haqqında məlumat verdim. Süni ürək araşdırmaları haqqında danışdım. Son işlərlə əlaqədar məlumatı verdim" deyə bildirib.

 

Xüsusilə qadınlarda böyük əhəmiyyət kəsb edir



Ürək çatışmazlığının böyük bir problem olduğu dövrdə donor orqan qıtlığına diqqət çəkən Dr. Gürsoy belə deyib: "Ürək çatışmazlığı çox ciddi bir problemdir. Orqan nəqli üçün könüllü olan insanlar isə olduqca azdır. Bu səbəbdən tam süni ürək araşdırmalarına əhəmiyyət verilməli və daha çox büdcə ayrılmalıdır. Həm insan və həm də heyvanlar üzərində xeyli təcrübəllər aparmışam. Tam süni ürək, xüsusilə qadınlarda böyük önəm daşıyır".


Gürsoy hazırda Düsseldorfdakı Bel Etage Klinikasının baş həkimi olaraq çalışır.

 

Hazırladı: Günel Deniz

qadinkimi.com