DƏB VƏ BAXIM, HƏR ŞEY / HEÇ NƏ
Bunu özünüz hazırlaya bilərsiz Tarix : 30 İyun 2022, 15:21

Dəriyə qulluq üçün möhtəşəm yağ

Adaçayı otu yağı.


Şüşə qaba iki xörək qaşığı üyüdülmüş şalfey (adaçayı otu) qurusu töküb üzərinə 100 ml zeytun yağı əlavə edin. Bu şüşə qabı (banka) içərisində su olan dəmir qaba yerləşdirməzdən əvvəl altına əski parçası qoyun. Dəmir qabdakı suyu qaynadın. 20 dəqiqə ərzində şüşə qab da bu qaydada qalsın. Soyuduqdan sonra tənzifdən süzün, ağzını bağlayıb soyuducuda saxlayın.

 

 

Bu yağ həm sağlıq üçün,həm də dəri qulluğu üçün çox qiymətlidir.

 

Baş ağrısı zamanı alnın yanlarına sürtməklə yüngül masaj edin.

 

 Evdə dəriyə qulluq möcüzələr yaradacaq

 

Sümük və oynaq ağrılarında istifadə edə bilərsiz.

Dəri problemlərini aradan götürür. Dəri çatlarını təmizləyir.Antioksidantdır.

 

 

Üz dərisini təmizləyir, dərini cavanlaşdırır, bütün problemləri aradan qaldırır.

 

 

 

Özünüzə yaxşı baxın!

 

 

 

 

 
 
 
Hazırladı:Cəmalə İbrahimova
 
qadinkimi.com