BURA / ORA
Bu xalqda övlad ananın soyadını daşıyır Tarix : 23 Noyabr 2022, 23:58

Çində yaşayan mosuolar haqqında eşitmisinizmi? Ailənin başçısı qadındı, soy və mülkiyyət anadan keçir. Ticarət qərarlarını qadın verir, toplumu qadınlar yönəldir. 


Himalayın ətəyində 25 000-lik əhali sayı olan bir qrup var. Mosuolar adlanır. Onların evlilik qanunu yoxdu, kişi mülkiyyət hüququna sahib deyil. Soy qız uşağıyla davam edir. Bu və bu cür başqa səbəblərə görə kişilər qadınlardan asılıdır. Uşaqlar atanın deyil, ananın soyadını daşıyır. Miras anadan qıza keçir. 


Uşaqlar xərcliyi anadan alır. Kişilər maaşlarını evin rəisi olan qadına verir. Ailə büdcəsi qadının əlində olur və bölgünü o aparır. 


Qadının hökmünə tabe olan geniş ailələrdə övladlar anaların evlərində böyüdülür. Nikah qurumu deyilən bir anlayış yoxdur. 


Çin dilində "zouhun” deyilən birgəlik biçimi var. Birlikdə olan cütlüklər ayrı-ayrı evlərdə yaşayır. 


Kişi qadının evində bir müddət qalır,  bəzən öz evində gecələyir. İki ev arasında get-gəlli bir evlilik "zouhun” adlanır. 


Burada kişinin böyük qərarlar vermək hüququ olsa da, əsas söz sahibi qadınlardır.

 

Hazırladı: Aysel Əlizadə

Qadinkimi.com