BİLİM / DİN
Belə əsrarəngiz hadisə həmişə olmur-Planetlərin paradı Tarix : 04 İyul 2020, 02:43
Bizim Günəş sisteminin mərkəzi cismi Günəşdir. Planetlər Günəşdən müxtəlif məsafələrdə yerləşir və onun başına dolanırlar. Başqa sözlə planetlər  Günəşin təbii peykləri-pərvanələridir. Planetlər Günəş ətrafında tam bir dövrünü Günəşdən olan məsafədən asılı olaraq fərqli zamanda başa vurur. Bu da ilin uzunluğudur. və elmdə Siderik dolanma periodu adlanır. 

Günəşə ən yaxın olan Merkurinin tam bir dolanma periodu-dolanma dövrü təxminən 88 gündür. Yəni  Merkuridə ilin uzunluğu Yer ilindən 4 dəfədən artıq azdır. Astronomiya göy cisimlərini öyrənən ən qədim elmdir. Orta məktəblərdə tədrisi ləğv edilən bu elm dünyanın yaranması, göy cisimləri haqqında maraqlı bilgilər verir. Dünyanın ən inkişaf etmiş ölkələri məhz kosmik elmi təqiqatlara böyük vəsait ayırır. Planetlər, onların mövcudluğu,tərkibi, peykləri, ulduzlar və s. hamı üçün maraqlıdır.
Müşahidə etdiyimiz bizə sehrli təsir edən, silri görünən ulduzlar aləmi həqiqətən də möcüzəvi duyğular yaradır. 


 
 
 
İnsanların ilk öyrəndikləri də işıq-günəş, ulduzlar olub. İnsan həmişə əlçatmaz olan ulduzlara can atıb.
Günəş sistemində baş verən ən maraqlı hadisələrdən biri "Planetlərin paradı"dır. Kiçik planet paradlarında planetlərin bir hissəsi eyni istiqamətdə yerləşir. Bu nisbətən kiçik planetlər - Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir.iYULUN 4 - də isə Günəş sistemindəki planetlərin hamısı Günəşdən eyni tərəfdə yerləşəcək.
Bu hadisə 10 mart 1982 - ci ildə də qeydə alınıb. Bu il isə iyul ayı boyunca davam edəcək. Çox uzaq olan planetləri - Uran, Neptun, Plutonu müşahidə etmək çətin olsa da onlar da "parad"da iştirak edir. Merkuri isə Günəşə çox yaxın olduğundan gözlə görünməyəcək. İki həftə ərzində insanlar bu paradı müşahidə edə biləcəklər. Bu hadisənin 2161 və 2492 - ci illərdə olacağı gözlənilir.
Bu möcüzəvi hadisənin şahidi olacayıq.
 
Həyatınız belə əsrarəngiz möcüzəvi hadisələrlə zəngin olsun.
 
Hazırladı:Kamalə Abiyeva.
 
qadinkimi.com.