BURA / ORA
Argentinada qadınlar qazandı! Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Argentinada qadınlar qazandı. Abort qanunu parlamentdən keçdi. 130 səs lehinə, 122 səs əleyhinə, 1  səs də bitərəf olmaqla qadınlara qanuni və təhlükəsiz abort haqqının verilməsi tələbi ilə təqdim olunan layihə məclisdə qəbul edilib. Bir milyon qadın parlament müzakirələri zamanı 24 saat küçələrdə növbə tutdu. Abortun leqallaşdırılması üçün atılan bu ilk addım senatın qəbul etməsi ilə tamamlanacaq.