QADIN / KİŞİ
Ağıllı qadınları niyə sevmirlər? Tarix : 02 Sentyabr 2022, 10:57

Çoxlarının ağıllı qadınlara qarşı hiss etdiyi xoşagəlməzlik mənim üçün çoxdan sirr olaraq qalır. Baxmayaraq ki, ağıl ümumiyyətlə təkcə qadınlarda deyil, dostlar, tərəfdaşlar, həmkarlar və ya kişilərdə ən cəlbedici keyfiyyətdir.


Söhbət ziyalılıqdan, yunan filosoflarından sitat gətirmək və ya Tuvalunun paytaxtının adını çəkmək bacarığından getmir, söhbət ünsiyyət zamanı yerinə düşən şeylər söyləmək bacarığından gedir. Bununla belə, ağıllı qadınlar tez-tez, aydın və kəskin şəkildə kənarlaşdırılır.


Cəmiyyət kişi və qadına müəyyən repertuar, cinsdən birbaşa asılı olan davranış qaydaları qoyub. Kimsə onların gender əsaslı rollarına müdaxilə etdikdə, hirslənir və aqressiya nümayiş etdirirlər. Mədəniyyət normalarına görə, ağıllı olmaq "qadınsal” əlamət deyil - bu səbəbdən. 

Ağıllı qadınlar pis "kölədir”


Təxminən 700.000 il əvvəl yığıcılıq dövründə kişi və qadınların bərabər olduqları nəzəriyyəsini bəyənirəm. Kənd təsərrüfatının inkişafı, ərzaq ehtiyatlarının yaranması və onları saxlamaq imkanı ilə çox şey dəyişdi.


Cinsi rollar müəyyən edildi, kişilər daha çox imtiyazlı oldu, monoqamiyanın əhəmiyyəti azaldı və köləlik iqtisadi cəhətdən sərfəli oldu. Kişilər təkcə qullara deyil, qadınlara da hakim olmağa başladılar. Ağıllı qadınlar patriarxal əsasları sarsıdıb və sarsıtmaqdadır.


Onlar pis evdar qadınlardır


Evdən kənarda bir çox kişi qaydalara tabe olmağa məcburdur, lakin öz ailəsində onlar padşahlar və tanrılardır. Ağıllı qadınlar, ediləndə heç kimin görmədiyi, amma edilməyəndə dərhal gözə girən qədri bilinməz ev işləri ilə təvazökarlıqla məşğul olmaqdan imtina edirlər. 


Ağıllı qadınlar özlərini çox düşünürlər


Cəmiyyət qadınların reproduktiv funksiyasına, kişilər isə qadın bədəninə (beyin deyil) diqqət yetirir. Cəmiyyət qızları daha aşağı nailiyyətlər üçün hazırlayır. Ağıllı qadınlar nümunəni pozur, başqaları isə böyüklərin söhbətinə qarışan uşaq kimi onları öz yerinə qoymağa tələsir.


Ağıllı qadınlar "qız kimi” davranmağın qorxulu olmadığını göstərir


Bizə kişiliyin qadınlıqdan "yaxşı” olduğunu öyrədirlər. Ordudakı zabitlər əsgərləri, futbol məşqçiləri isə oyunçuları "qız” adlandıraraq daha yüklü məşqə cəlb edir. 

Ağıllı qadınlar çox uğurlu olmayan kişilərin cinsiyyətləri ilə fəxr etmələrinə mane olurlar.


Onlar pis analardır


Əksinədir, ağıllı qadınlar ən yaxşı ana olurlar. Lakin cəmiyyətin bərk-bərk yapışdığı ana-ata paradiqmasına uyğun gəlmirlər. 


Ağıllı qadınlar kişilərin şüurla bağlı fikirlərini təkzib edirlər


 

Kişilərin fərqli, "daha yaxşı" və daha dərin düşündüyü, daha ağıllı olduğunu əsrlərdir bizə deyirlər. Cəmiyyət əmindir ki, qadınların düşüncəsi, hissləri, imkanları daha zəifdir. Ağıllı qadın bu aksiomanı alt-üst edir, kişilərin əsəbləşməsinə və çaşmasına səbəb olur.


Belə qadınlar qadın cəmiyyətinə "xəyanət” edirlər


Ortastatistik qadınlar da bir qayda olaraq ağıllı qadınları sevmirlər: onlar qruplaşmaya öyrəşiblər (buna ən yaxşı nümunə məktəbdir), ağıllı qadınlar isə onlardan fərqlidirlər, bu da paxıllıq və qınamalara səbəb olur.


Dostlar və yadlar onları təftiş edir, anlamır və onlarda nəyinsə "səhv” olduğunu düşünür, lakin bu, özünü dəyişib hamı kimi olmağa əsas vermir. Ağıllı qadınlar başqqlarının "qadın” anlayışına uyğun gəlmədikləri üçün dəyişmək fikrində deyillər. 


Hazırladı: Leyla Qadinkimi.com üçün