HƏR ŞEY / HEÇ NƏ
Depressiyanın əlamətləri Tarix : 02 Dekabr 2022, 17:40

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) Depresisya barəsində aşağıdakı faktları qeyd edib: (informasion bülleten №369 2017 fevral)


Depressiya yayılmış psixi pozğunluqlardan biridir.

Dünyada 300 milyondan artıq insan depressiyadan əziyyət çəkir. 
Əlilliyə səbəb olan xəstəliklər arasında depressiya birinci yerlərdən birini tutur.

Qadınlar kişilərə nisbətən daha çox depressiyaya düçar olur.

Ən pis halda depressiya suisidə (özünəqəsd) gətirib çıxarır.

Depressiyadan əziyyət çəkənlərin yarısından çoxunda ölmək arzusu, suisidal fikirlər olur.

Hər il dünyada 800 min insan suiqəsd nəticəsində həlak olur.

Depressiyanın effektli müalicə üsulları var.


Depressiya yeni başladıqda aşağıdakı əlamətlər yarana bilər:


1. Tək qalmaq istəyi


2. Canlı ünsiyyətdən uzaqlaşma, virtual aləmə üstünlük vermək


3. Hər şeyə qarşı marağın itməsi


4. Daimi yorğunluq


5. Diqqəti toplamaq çətinliyi, işləməkdən imtina


6. Ümidsizlik, özünü faydasız hiss etmək, özünü gunahlandırmaq


7. Səbəbsiz təşviş hissi


8. Əsəbilik, hər şeyə qıcıqlanmaq


9. Yuxusuzluq və ya həddən artıq yuxululuq


10. Sevdiyi işlərə qarşı biganəlik


11. Anoreksiya və bulimiya (kəskin arıqlama və ya kökəlmə)


12. Ölüm haqqında fikirlər


Əgər bu əlamətlərdən heç olmasa 5-i sizdə varsa, psixiatra müraciət edib müalicəyə başlamalısınız. Yaxınlarınızdan, tanışlarınızdan kömək istəməyi də unutmayın.

 

 

qadinkimi.com