SƏNƏT, SEVGİ
Yataqda yetərincə zaman keçirən Frida Tarix : 22 Fevral 2021, 02:49

19 yaşında o zamankı sevgilisi Alejandro Gomez ilə mindiyi avtobusdan çətirini unutduğu üçün enib başqa bir avtobusa minincə həyatı dəyişdi.

17 sentyabr 1925 – ci ildə evə dönərkən mindiyi avtobusun tramvayla toqquşması nəticəsində çox insanın öldüyü qəzada, tramvayın dəmir çubuqlarından biri Fridanın sol budundan girib çanağından çıxdı. Qəzadan sonra bütün həyatı korsetlər, xəstəxanalar və həkimlər arasında keçən Frida onurğası və sağ ayağında dayanmayan bir ağrı ilə yaşadı. Həyatı boyunca 32 dəfə əməliyyat edildi və uşaq iflici səbəbindən zəif olan sağ ayağı 1954 - cü ildə qanqren olduğundan kəsildi.

Oğlan kimi böyüyən və məktəb illərində daha çox oğlanlarla dostluq edən Fridanın mübarizə etməli olduğu ilk əngəli ayağı olur.

Qəzadan bir ay sonra xəstəxanadan çıxan Kahlo, ailəsinin israrı ilə sıxıntı və acıdan qaçmaq üçün rəsm çəkməyə başladı.

Rəsm sonralar həyatının əsas parçası oldu. Anası onun üçün yatağının tavanına güzgü düzəltdirdi. Anası bunu Frida özünə baxmaqdan vaz keçməsin deyə etdi..

Tavanındakı güzgüyə baxaraq avtoportretlər çəkdi. Öncə öz portretlərini çəkdi. İlk avtoportreti ”Məxmər paltarlı avtoportret” – dir. (1926)

1927- ci ilin sonunda yeriməyə başlayan Frida Kahlo sənət və siyasət çevrələri ilə yaxınlaşmağa başladı. Kubalı öndər Julio Antonio Mella və fotoqraf Tina Matotti ilə tanışlığı yaxın dostluğa döndü.

Frida Kahlo 1929 cu ildə Meksika Komunist Partiyasına üzv oldu.

Bir yandan siyasətlə, bir yandan rəsmlə məşğul olurdu, məşhur rəssam Dieqo Rivera ilə tanış olmaq istəyirdi. Meksikalı Mikaencelo olaraq tanınan rəssamla tanış olan Frida ona vurulur və cütlük 1929 - cu ilin avqustunda bütün qarşıçıxmalara rəğmən evlənir.

Frida Dieqoya aşiqdi. Sevildiyini, Dieqonun başqa qadınlara olan marağını bilirdi. Frida evliliklərinin ilk ilində hamilə qaldı. Amma səhhətindəki problemlər və Dieqo ilə olan anlaşılmazlıqlara görə uşağı aldırmağa məcbur oldu. Sonra Çütlük Dieqonun işləri ilə əlaqədar Amerikaya yerləşdi. Və burada Frida ard – arda iki dəfə uşaq saldı. Ana olmaq Fridanın ən böyük arzularından biri idi. Bunu öz rəsmlərində də əks etdirmişdi. Dieoqonun başqa qadınlara olan marağı artıq Fridanı yormuşdu. Fırtınalıevliliklərinə artıq dözə bilmirdi. Və 1939-cu ildə ayrıldılar. Bir il sonra yenidən evləndilər və Fridanın uşaqlığı keçən evə yerləşdilər.

 

Frida yeri gələndə onu yalnız buraxan, yeri gələndə ondan daha yaxşı rəsm çəkdiyi üçün qısqanan Diegonu hər şeyi hesab edirdi.

 

 

 

Image result for frida kahlo 



Dəyəri yaşarkən bilinən sənətçi Frida Kahlo

 

Frida Diegoyla ikinci dəfə evləndiyi zamanlar surrealist cərəyanın əsas nümayəndələrindən olan Andre Bretonun dəstəyi ilə Nyu -Yorkda düzənlənən sərgisi böyükmarağa səbəb olur.

Frida yaşarkən dəyəri bilinən nadir sənətçilərdən biri idi. Buna görə də sərgidə rəsmlərinin yarısı satıldı. Hətta 4 tablosunu məşhur aktyor Edvard G. Robinson aldı.

Frida artıq beynəlxaq şöhrətə sahib idi. Nyu-Yorkdan sonra sərgisi Parisdə oldu.. Picasso, Kandinsky başda olmaqla bir çox önəmli insanların sərgiyə marağı böyük idi. Luvr muzeyi Fridanın ”Çərçivə” adlı tablosunu alır.

Hətta Fridaya olan heyranlığına görə Madonna onun 70 əsərindən 50-sini satın alır.

Sağlığı tez-tez pozulsa da, Frida özünü rəsmə adayaraq yaşadı. Bütün gücü ilə rəsm çəkirdi. Yenə də həyatda ən böyük ürək sıxıntısı sağlıq problemləri deyildi. Frida heç bir zaman sahib olmadığı xəyali uşağı Leonardo üçün çox darıxırdı.

Ona sahib olmadığı üçün ev heyvanları bəsləyirdi. 1941 - ci ildə çəkdiyi ” Mən və Tutuquşularım” və 1953-də çəkdiyi ” Meymunlarla avtoportret” adlı tabloları bəlkə də Leonardoya bir hədiyyə idi.

Sağlığının pis olmasına rəğmən 10 il Frida, rahatsızlığı səbəbindən evində dərs vermişdir. Tələbələri də Los Fridos ( Frida tələbələri) olaraqtanınırdı.

1950-ci ildə xəstəxanaya yatırılan Frida 9 ay burda qalır. 1953-cü ildə Meksikada - ölkəsində ilk şəxsi sərgisi açılır.

Frida Kahlo, 1954 cü ildə 47 yaşında ağciyər emboliyası səbəbindən vəfat etmişdir.

Ürəyə toxunan həyatında çəkdiyi son əsər isə ”Yaşasın Həyat” adlı natürmort olmuşdur. Cəsədi yandırılan məşhurun külləri 1955-ci ildə əri Rivera tərəfindən dövlətə bağışlanmış olan Mavi Evdə saxlanılmaqdadır. Frida cəsədinin yandırılmasını, ölməzdən əvvəl yataqda yetəri qədər zaman keçirdiyindən artıq yatmaq istəmədiyini demişdi.

 

Çəkdiyi bədənsəl və ruhsal ağrılara rəğmən yaşamaqdan heç bir zaman vazkeçməmiş güclü bir qadındır. Və həyat hekayəsi öyrəniləsi nadir insanlardandır.

Kədərlərini unuda bilmək üçün rəsmə sarılan Frida Kahlonun 143 tablosu var və bunlardan 55-i avtoportretdir.

 


İndi muzey olan evində Fridanın əşyaları sərgilənir.

 

 Image result for frida kahlo


 

 

 


 

qadinkimi.com