BURA / ORA
Ailə işgəncəsinə uğrayan uşaqlar Bakıya gətirilir Tarix : 09 Dekabr 2019, 13:50
Yazar : Qadinkimi.com
Sosial şəbəkədə hər kəsi dəhşətə gətirən faktlar yayılıb. Jurnalist Elgün Gəncimsoyun facebook hesabında ictimailəşdirdiyi yazıda iki uşağın ata və analıq tərəfindən ağlasığmaz işgəncəyə məruz qaldığı yazılıb. Fakt şəkillər və uşaqların babasının video müraciəti ilə təsdiqlənir. Elgün bəydən aldığımız məlumata görə artıq ata və ögey ananın işgəncə verdiyi uşaqlara sahib çıxan, babaya kömək edəcək 3 vəkil, 3 psixoloq və maddi yardım edəcək qurumlar tapılıb. Öz könüllü yardımlarını təklif edən insanlar saysızdı. Məsələ həllini tapmış kimi görünür. Gözlənilir ki, uşaqların bütün hüquqları təmin ediləcək və cinayətkarlar məsuliyyətə cəlb ediləcək. 

Xəbər var ki, məsələ şişəndən sonra Zaur Baxşəliyevin verilişindən zəng edib təkidlə Qulu kişinin körpələrlə Bakıya gəlməsini istəyiblər. İndi baba nəvələri ilə yoldadı, Bakıya gəlir. Maraqlısı odur ki, bu hadisənin işıqlandırılmasını baba daha əvvəl elə həmin verilişin kollektivindən xahiş edib. 10 gün studiyaya ayaq döyüb, auditoriyada oturub alqışlayanlardan biri olmaqdan o yana keçə bilməyib. Eyni ilə Xoşqədəm Hidayətqızının da verilişinə çıxmaq istəyib, nəticə olmayıb. 

Məsələ ictimailəşəndən sonra nə baş verib?

Həmin ata və ögey ananın yaxınları Elgün bəyi təhdid etməyə başlayıblar. Baxşəliyev də iş işdən keçəndən, ailəyə yardım olunandan, himayəçilər tapılandan sonra bəlli olmayan səbəbdən onları təkidlə proqrama çıxarmaq istəyir.
 
 

qadinkimi.com