Özünü tanı
TEST 8
Şəkilə diqqətlə bax. Şəkildə nə görürsən?
Bu test şəkli sizin aqressiya səviyyənizi əks etdirir.
Bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsidi aqressiya. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər.
Şəkilə nəzər saldıqda ilk baxışda sizdə soyuq silah - bıçaq, xəncər təsəvvürü yaranırsa, deməli aqressiyanız ağlın ciddi nəzarəti altındadır və başqaları üçün təhlükəli deyilsiniz. Gözləmədiyiniz halda özünüzə qarşı aqressiya hiss etdikdə, aqressiv insanla üzləşdikdə hər zaman müdafiə mövqeyində qalır, özünüzü qoruya bilirsiniz. Mübahisəni davam etdirməyi qətiyyən sevmirsiniz.
Şəkilə baxdıqda müəyyən bir səthin iynə ilə deşildiyini də düşünə bilərsiniz. Bu sizin olduqca aqressiv, xarici qıcıqlara qarşı həssas olduğunuzun və digər insanların fikirlərinə az əhəmiyyət verdiyinizin göstəricisi hesab olunur.
Şəkilə nəzər yetirirkən təsəvvürünüzdə böyük bir nizənin səthi deşib keçməsi canlanırsa, o zaman hamının aqressiyasının sizə qarşı yönəldiyini, mənəvi təcavüzə və zorakılığa dözməyə məcbur qaldığınızı düşünürsünüz.
Aqressiya həmişə ziyan gətirir. Sizə aqressiyadan uzaq olmağı arzulayırıq.
Yeganə İskəndərova
qadinkimi.com