Arezu Mohebpur İranın Şiraz şəhərində bəhai ailəsində anadan olub. İslam inqilabından sonra Mohebpurlar ailəsi ölkəni tərk etmək məcburiyyətində qalıblar. Arezu memardır, Milan Politexnik Universitetini bitirib.O, həmçinin qrafika, hekayə və məzmun yaradılması ilə də maraqlanır. Hazırda Milan şəhərində yaşayır.
Bir gün çox tez-tez "pulum çatmır!” dediyimi aşkar etdim. Öz
standartlarıma görə "kifayət qədər” pul qazanmırdım. Mən daxilimdəki bu əskiklik hissini real
ifadəyə çevirdim: "pulum yoxdur və mən kasıbam!”
Bu, mənim təkcə düşüncəmdə deyildi. Demək olar ki, bütün görüşlərimdə eyni cümləni
təkrar edirəm.Hərdən bunu zarafat
kimi istifadə edirdim: dostlarımla nahar edəndə onlara "mən müflüsəm” deyirdim.
Başqa vaxtlarda bu hiss mənə daha ağrılı gəlirdi: tək olduğum,
özümü çarəsiz və ya uğursuz hiss etdiyim anlarda özümü ləyaqətsiz hiss edirdim. Beynimdə və dostlarımla söhbətlərimdə bu
təkrar o qədər tez-tez baş verirdi ki, az qala həyatımın kredosuna çevrilməyə
başlamışdı.
Bu sadə görünən ifadənin əhval-ruhiyyəmə necə mənfi təsir
etdiyini görsəm də bir müddət bu ruhda davam etdim. Bir gün internetdə naməlum müəllifin bu
yazısına rast gəldim:"soyuducuda yeməyiniz,
əyninizdə paltarınız, başınızın üstündə tavan və yatmağa yeriniz varsa, siz
dünya əhalisinin 75%-dən varlısınız. Əgər bankda hesabınız, pul kisənizdə pulunuz varsa, dünyanın 8%
zəngin insanlarından birisiniz.Bu səhər sağlam
oyanmısınızsa, bu həftə dünyasını dəyişəcək bir milyon insandan daha
xoşbəxtsiniz. Əgər siz heç vaxt öldürülmə təhlükəsini,
həbs və ya işgəncə, qaçqınlıq və ya aclığın dəhşətli əzabını yaşamamısınızsa,
500 milyon insanla müqayisədə bəxtiniz gətirib. Əgər bu yazını internetdən oxuya
bilirsinizsə, deməli, inetrnetə çıxışı olmayan 3 milyard insanla müqayisədə
uğurlusunuz”.
Bu
rəqəmlər mənə imtiyazlı bir həyat sürsəm də, "pulum yoxdur” deməklə nə qədər
ədalətsiz olduğumu başa saldılar və düşünməyə məcbur etdilər. İndi fikirləşin
ki, gündə neçə dəfə içimizdə "acından ölürəm”, "başqa seçimim yoxdur”, "həyatımda
heç nəyə nail olmamışam” və ya "mən özümü uğursuz kimi hiss edirəm” demişik. Özümüzə
bədgüman olduğunuz bu anlarda sözlərimizi daha diqqətli seçməliyik, çünki
sözlərimiz dücüncələrimizə, düşüncələrimiz isə hərəkətlərimizə təsir edir. Yazımın
bu hissəsində Bəhaullahın bu sitatı yadıma düşdü:
"Hər bir söz ruhla təchiz edilmişdir, ona görə də danışan və
ya şərhçi öz sözlərini düzgün vaxtda və yerdə diqqətlə işlətməlidir..söz var
atəşə, söz var nura bənzər, hər ikisinin dünyaya təsiri var”.
Mən
gündəlik sözlərimi necə istifadə etdiyimi və "zənginlik” ilə bağlı hisslərimə
necə təsir etdiyini düşünərkən bir neçə şeyi dərk etdim:
İstənilən vəziyyətdə özümüzü zəngin hiss edə bilərik.
Baxış nöqtəmizi şüurlu şəkildə dəyişsək, zənginlik hissimiz
də dəyişə bilər. Minnətdarlıq hissi bizə malik olduğumuz hər şeyə, tanış
olduğumuz bütün gözəl insanlara və təcrübə şansımız olan hər şeyə diqqət
yetirmək üçün praktiki imkanlar aça bilər. Bu gündəlik rejim təkcə üfüqlərimizi
genişləndirmək üçün təsirli bir yol deyil, həm də nə qədər şanslı və varlı
olduğumuzu və artıq nə qədər şeyə malik olduğumuzu xatırladan əla bir
xatırlatma rolunu oynayır.
Baxış
nöqtəniz hərəkətlərinizi dəyişə bilər.
Heç belə bir fikir ağlınıza gəlibmi: "kifayət qədər
problemlərim var ikən, mən başqalarına necə kömək edə bilərəm?”
Sosial şəbəkələrdəki "sızıltılı yazılar” və zəngin insanların
təm-təraqlı həyatlarını müşahidə etmək bizdə əksiklik hissi yaradır. Bunun əvəzinə biz artıq nə qədər
şeyə malik olduğumuzu etiraf etsəydik yaxşı olmazdımı? və ya biz özümüz haqqında düşünməyi
dayandırıb, başqalarına qarşı fədakar hərəkətlər edə bilmərikmi?. Şəxsən mən anladım ki, verməyə bir
şeyim olmadığını, kasıb və ya uğursuz olduğumu düşünəndə daha çox eqoist
qərarlar verirəm. Artıq nə qədər şeyə sahib olduğuma diqqət yetirmək mənə daha
səxavətli ola biləcəyimi anladır. Özümüzü zəngin hiss etdikdə, daha çox verə biləcəyimizi və
başqalarına daha çox xidmət edə biləcəyimizi hiss edirik. Düşüncələrimizi dəyişdiyimiz an
artıq nə qədər zəngin və nəcib olduğumuzu anlaya bilərik.
Belə anlarda Bəhaullahın bir sitatını yadıma düşür. O, mənə
bütün insanların nəcib yaradıldığını və bizim həmişə nəcibliyimizə qayıtmaq
seçimimiz olduğunu xatırladır.
"Ey Ruh oğlu! Mən səni nəcib yaratdım, sən isə özünü
alçaltdın. Elə isə yaradıldığına yüksəl”.
Beləliklə, daxili mənəvi nəcibliyimizi dərk etdikdə, biz
natamamlıq düşüncəsindən uzaqlaşıb tamlıq və zənginlik hissi əldə edirik. Bu
hal üstülik içimizi xoşbəxtlik və sevinc hissi ilə doldurur.
Sərvət təyinat yeri deyil, əla alət
ola bilər
Maddi zənginlik başqalarına xidmət üçün əla vasitə ola
bilər. O, eyni zamanda bizi həyatımızın məqsədi və yeganə
hədəf olan mənəvi inkişafımızdan da uzaqlaşdıra bilər. Buna görə də, hər gün
varlığımızın məqsədini özünüzə xatırlatmaq və buna uyğun olaraq prioritetləri
dəyişdirmək vacibdir. Bəlkə biz də bu sualı düşünək: «Etdiklərimi cəmiyyəti və
yaşadığım dünyanı yaxşılaşdırmaq üçün edirəm, yoxsa maddi istəklərimi və eqomu
təmin etmək üçün?». Əbdül-Bəha buyurur:
"Maddi
tərəqqi həqiqətən yaxşı və təqdirəlayiqdir, lakin bunu edərkən gəlin daha vacib
olan mənəvi tərəqqiyə laqeyd yanaşmayaq və gözlərimizi aramızda parlayan İlahi
nura bağlamayaq”.
Əsl sərvət daxildən gəlir
Anlayıram ki, qazandığı pulun miqdarına və başqa
xarici uğurlarına görə insanlara dəyər verən materializmin hücümları qarşısında tab
gətirmək çox çətindir. Bu zərbələr bizə mənəvi zənginliyin əhəmiyyətini və
insanlara qarşı fədakar olmağı unutdura bilər. Ətrafımızdakı hər şey bizə mənəvi
cəhətdən nə qədər zəif ola biləcəyimizi xatırladır. Bəhaullah yazır:
"Ey insan oğlu! Bəndələrimdən biri sənə üz tutub bir şey istəsə, onu
rədd etmə. Sənə nemət qismət olarsa, sevinmə və zillətə düçür olsan, üzülmə, bunların
hər ikisi gəlib keçər. Sən qızıl arzularıyırsan, Mən isə sənin ondan azad
olmağını istəyirəm. Sən öz zənginliyini onda görürsən. Mən isə sənin
zənginliyini ondan arınmağında görürəm. Mənim malımı yoxsullarıma ver ki,
göydəki şəfər dəfinələrindən və tükənməz şöhrət xəzinələrindən bəhrələnəsən”
Əbdül-Bəha yazır:
"Xoşbəxtlik
var-dövlətdən asılı deyil. Görəcəksən ki, varlıların bir
çoxu... narahatdırlar və ölüm yatağında son anlarında bu qədər bağlı olduğu
şeylərdən ayrılmaq məcburiyyətində olduqları üçün təəssüf hissi keçirirlər. İnsanın
xoşbəxtliyi və böyüklüyü heç vaxt onun maddi zənginliyində deyil, onun əla
xasiyyətində, yüksək əzmində, savadının genişliyində və mürəkkəb problemləri
həll etmək bacarığında olub”.
Bütün bunları düşündükcə anladım ki, həyatımı həqiqi və əbədi sərvətin əslində nə demək olduğunu xatırladan bir mühitlə əhatə etməliyəm. Bu, ağlımızı nəyə tabe etdiyimiz və gündəlik olaraq hansı söhbətlərdə iştirak etdiyimiz barədə daha düzgün qərarlar verməli olduğumuz anlamına gəlir. Beləliklə, biz öz mühitimizi mənəvi sifətlər və fəzilətlər əldə etmək niyyəti ilə seçə bilərik - həqiqi və davamlı sərvət əldə etmək üçün.
Tərcümə etdi:
Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti, Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru