O, əvvəl ANS və SPACE telekanallarında işləyib.
Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva işlədiyi qurumda yüksək vəzifəyə təyin edilib.
Faktı SalamNews-a təsdiq edən Zəminə Əliyeva bildirib ki, mətbuat katibi ilə yanaşı nazirin müşaviri vəzifəsini də icra edir.
Belə ki, Zəminə Əliyeva 2018-ci ilin iyun ayından energetika naziri Pərviz Şahbazovun müşaviri vəzifəsində çalışır.
Qeyd edək ki, Zəminə Əliyeva 2015-ci ildən Energetika Nazirliyininin mətbuat katibi vəzifəsində çalışır. Bundan əvvəl isə ANS və SPACE telekanallarında işləyib.
Mənbə: AzNews.az