Artıq yetkinsiniz, valideynlərdən ayrılma zamanıdı.
Bu yazıda ayrılığın nə olduğu barədə danışmırıq. Burada valideynlərdən bir yetkin kimi ayrılma üsullarını vurğulamaq istəyirəm.
Hələ valideynlərinizdən maddi cəhətdən, ya emosional asılısınızsa,nə etməlisiniz.
Əgər yaşınız 30-dan yuxarı ya bəlkə daha çoxdursa, hələ də özünüzü anlaya bilmirsinizsə, hələ də özünüzü axtarırsınız, həyatda öz yerinizi tapa bilmirsiniz və ana hansı baş geyimində, necə çıxmağınıza qərar verir.
Valideynlərinizdən minlərlə kilometr uzaqda olsanız da, onların münasibət və inancları ilə yaşamağa davam edirsiniz. Və valideyn evindən çıxmaq hələ də problemlərinizi həll etmir.
Axı, biz uşaq olduğumuzda böyüdükdə qərar vermək və uyğun gördüklərimizi etmək azadlığına və gücünə sahib olacağımıza inanırdıq. Ancaq sonra böyüklər olaraq, valideynlərimizin qərarlarımıza təsir etməsinə icazə veririk. Nə baş verir? Niyə onların təsirindən qurtara bilmirik və bunun hansı təsirləri var:
- Siz hələ də özünüzü "uşaq” kimi aparırsız.
- Valideynlərdən inciyir, küsgün olursuz
- Onlar sizin, siz də başqalarının "sərhəd”lərini pozursuz
- öz həyatınızı yaşamırsız
- öz həyatın üçün məsuliyyətdən qaçırsınız
- özünüzü azad hiss etmirsiz
- hərəkətlərinizə valideynlərinin, başqalarının münasibətini bilmək ehtiyacı duyursunuz
- həmişə ganahkarlıq və utanc hiss edirsiz
Bunlardan qurtulmaq üçün nə etməlisiz? İlk növbədə valideynlərlə manasibətlərinizi-onlardan küsgünlüyünüzün səbəblərini aydınlaşdırın. Biz valideynlərimizin münasibətini düzgün anlamadıqca, ancaq onları mühakimə etdikcə özümüzü "qurban” kimi yanaşacayıq. Həqiqi münasibətlərimizi qura bilməyəcəyik.
Məsələn, adicə bir məktub yazıb, bütün küsgünlüyümüzün səbəblərini göstərə bilərik. Bütün acığımızı yaza bilərik. Məktubu atanıza, ananıza və ya başqa birinə, hətta bir-neçə dəfə təkrar yaza bilərsiniz. Psixoloqla da məsləhətləşmək olar.
Ən önəmlisi, məsələyə başqa cür yanaşın, ən azı cəhd edin. Valideynlərinizin sizi dünyaya gətirdiyini, sizi böyütdüyünü, əziyyət çəkdiyini düşünün və minnətdarlıq hiss edin. Bu hissi yaşaya bilməsəniz sizə çətin olacaq. Çünki siz valideyninizlə münasibətinizi aydınlaşdıra bilməyəcəksiniz. Bu sizə həmişə ağırlıq gətirəcək.Valideynlərinizi itirmisinizsə belə onların şəklini götürün, onlara təşəkkür edin. Bu haqda düşünün: ata-ana sizi böyüdübsə,o sizə zəhmət çəkib bunu qiymətləndirin mütləq. Həmişə narazı olmaq, onlarda günah axtarmaq sizi səhv addımlara aparacaq.
Nəhayət, öz "sərhəd”lərinizi müəyyən edin: nə istəyirsiz, necə yaşamaq istəyirsiz. Ailənizdən, yaxınlarınızdan sizə "ayrı yaşamaq vacibdir,valideynlərinizlə hər gün görüşməyə, onlara hər gün zəng etməyə ehtiyac yoxdur,heç kəsə qulaq asma" və s. kimi məsləhətlər də verən olacaq. İnanın ən günahkar odur. O sizi daha çox sevə bilməz. Sadəcə sizə təsir etməkdən zövq alır. Amma bir məsələni dəqiq bilin: günahkar axtarmaq özünün günahkar olmağındı. Öz şəxsi uğursuzluğunuzda günahkar axtarmayın. İlk növbədə öz hərəkətlərinizə diqqətli olun. Axı, sizə məsləhət verənlər, yol göstərənlər özləri sizin azadlığınıza məhdudiyyət qoyur. Sizə "belə olun,elə olun” deyə göstəriş verir. Unutmayın ki, vəziyyəti yalnız özümüz düzəldə bilərik. Həyatımızda baş verənlərdən yalnız özümüz məsuliyyət daşıyırıq-bu həqiqətdir. Bir düşünün...
Tatyana İlyina, psixoloq.
qadinkimi.com