BURA / ORA
Yeni təyinatla kimlər, hansı vəzifəni, neçə yaşında tutdu? Tarix : 20 İyun 2019, 19:43
Yazar : Qadinkimi.com

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni təyinatlarla bağlı bir neçə sərəncam imzalayıb. Prezidentin qərarına əsasən:

Əli Nağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəis təyin olunub. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub. 61 yaşı var.
 



Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib. Ramil İdris oğlu Usubov 22 dekabr 1948-cı ildə Xocalı şəhərində doğulub. 71 yaşı var.
 


 

Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilərək Daxili İşlər Naziri təyin edilib. 
Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 51 yaşı var.
 


 

Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib. Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958 Gəncə şəhərində doğulub. 61 yaşı var.
 


 

Qadinkimi.com