II Yekaterina epoxası öz fərqliliyi ilə tarixdə qalıb. Knyaz Anhalt- Serbtskinin qızı Ekaterina saray çevrilişindən, əri III Pyotr devriləndən sonra taxta çıxıb. Onun epoxası kəndlilərin maksimum kölələşməsi və saray əhlinə daha çox üstünlüklərin verilməsi kimi yadda qalıb. Böyük Rusiya İmperiyası cənuba və qərbə doğru genişlənib. I Pyotrun dövründən dəyişməyən idarəçilik sistemində reformlar həyata keçirilib. Mədəni münasibətlərdə Rusiya Avropa nəhənglərinin sırasına düşüb. Yekaterina ədəbiyyatla, rəssamlıqla maraqlanırdı. Onun fransız mütəfəkkirlərlə xeyli yazışması qalıb. Bütünlükdə Yekaterina dövrünü və onun reformlarını XVIII əsr aydınlanma absalyutizminə aid edirlər.
II Yekaterinanın 15 sitatını təqdim edirik:
1. Kişilər 20 yaşında daha ehtirasla sevişirlər. 30 yaşda isə daha yaxşı.
2. Bütün siyasət üç sözdən ibarətdi: Şərait, təxminlər, təsadüf.
3. Qərarlarında çox möhkəm olmalısan, çünki yalnız ağlı zəif olanlar qərarsız davranır.
4. Rusiyada hər şey gizlidi. Ancaq sirr yoxdu.
5. İçkili xalqı yönəltmək asandı.
6. İdarəçilik istedadı - birinci qayda: elə edirsən ki, insanlar bunu özləri istədiklərini düşünsün.
7. Qərar qəbul edəndə özünü bu qərara tabe olacaq adamın yerinə qoy.
8. Rus xalqı xüsusi xalqdı. Duyuqluğu, ağlı və gücü ilə seçilir. Mən bunu 20 illik təcrübəmdən bilirəm. İnanıram, Şərqin ulduzu parlayacaq, o yerdən ki, işıq saçılmalıdı. Və orada başqa yerlərdən daha çox olan ruh, güc və qüdrət üzə çıxacaq.
9. Xeyirxah qəlbi olan insan gördüyü hər şeydə xoş niyyət, xeyirxahlıq axtarır. Mundar qəlbi olan insan xeyir əməldə də pislik tapmağa çalışır.
10. Günahkara bəraət vermək bir günahsıza cəza verməkdən ədalətli olar.
11. Söyüş çıxdığı ağızı dolduğu qulaqlar qədər təhqir edir.
12. Siyasət xəstəxana deyil. Zəif olanı itələyib çıxarırlar.
13. Qaliblər mühakimə olunmur.
14. Qaçılmaz qanundu: səhvlər həqiqətin iziylə gedir.
15. Hər bir rus qəlbinin dərinliyində heç bir yabancını sevmir.
qadinkimi.com