BURA / ORA
Depressiyadan "yaponsayağı" çıxmaq... Tarix : 11 Avqust 2019, 13:48
Yazar : Qadinkimi.com
Yaponiyada yaşayan bir rus xanımın xatirəsi

Bir dəfə Yaponiyada ağır depresiyaya düşmüşdüm. O dərəcədə ki, çəkim 75 kq olmuşdu, əynimdən eyni gecə paltarı çıxmırdı, günlərlə yuyunmurdum. Dişlərimi fırçalamırdım. Artıq get-gedə intihar haqda fikirləşməyə başlamışdım.
 

Bunu bilən yaponiyalı rəfiqəm, məni bir klinikaya apardı. Orda məni müalicə edəcəklərini deyirdi. Birlikdə getdik. Mən elə əynimdəki pijama və evdə geyindiyim "tapıçkalar" ilə çıxdım.

Mərkəzə bu halda getmişdim. Yaponiyada ümumiyyətlə heç kəs sənə fikir verməz. İstəyirsən lüt gəz. Hər kəs başındakı öz fikirləri ilə məşğuldu. Onların transportda və ya küçədə kiməsə baxma vərdişləri yoxdu. Bu qədər azaddılar yəni.

Klinikaya çatıb, anketi doldurandan sonra, həkimin otağına girdik. Otağın ortasında tabut varıydı. Həkimin bir neçə sualından sonra, mənə ölülərin geyindiyi paltarı geyindirib, tabuta uzatdılar. Dedilər ki, ölülərin nə hiss etdiyini hiss etməyə çalışın. Nə vaxt çıxmaq istəsəz bu düyməni basın, sizi çıxardaq.
 


Uzandım, içəridə qəribə iy varıydı. Yumşaq, açıq rəngli atlas parça ilə bürünmüş tabut. Tabutu seyr edirəm özüm üçün. Dəfn mahnısı da çalınır. Tabutun aralarından otağın işıqları da çox az düşürdü.

Birdən hiss etdim ki, məni (tabutu) aparırlar sanki və səslərdən elə bil maşına yükləyirlər kimi anladım. Başladım həmən düyməni basmağa, düymə qopub düşdü yerə. Başladım yüksək səslə onları çağırıb şikayət etməyə ki, mən sizə pulu buna görə ödəməmişdim. Artıq 10 dəqiqə olmuşdu getdiyimiz və mən boğulmağa başlayırdım.

Birdən komanda verildi ki, götürün, və məni kəndirlə torpağa qoydular sanki. Tabutun üstünə torpaq tökdüklərini eşitdim. Səsləri də torpağı tökdükcə get-gedə azalırdı.

Mən artıq isterik halda bütün gücümlə qışqırmağa başlamışdım. Artıq öz dilimdə onları söyürdüm. Sizin ananızı...!!! Ağlıma min cür fikir gəlirdi. Bəlkə hansısa sektanın əlinə keçmişəm, onlar da məni öldürür.

-Heeey cındırlar.!! Başqa vətəndaşlara nifrət edən milliyətçi q... lər.!

Yəqin ki, mənim yapon rəfiqəm də onlarla əlbiriymiş. Qancığ..
Məni əməllicə basdırmışdılar. Mən artıq donuz kimi bağırırdım. Ayaqlarımla da tabutu vururdum. Boğulma çoxalırdı. Hönkür-hönkür ağlayırdım və gözümün yaşı yanağımla axıb qulağıma dolurdu.

İsterika və qorxudan, sidiyimi saxlaya bilməyib altıma batırdım. Darısqal idi deyə, üzümün tərini silə bilmirdim. Odun kimi uzanıb qalmışdım. İçərini sidik iyi basmışdı. Fikirləşirdim, Allahım, mən ölmək istəmirəm.

Darısqallıq sanki get-gedə çoxalırdı. Artıq oksigen də azalırdı nəfəs almaq üçün. Başım hərlənməyə başladı. Hiss etdim ki, artıq donuram soyuqdan. Hər yerim də yaş. Sidiyimin içində yatmışdım. Torpaq da soyuq. Təxmini 20 dəqiqə qışqır bağırdan sonra hiss edirdim ki, halsızlıqdan özümdən gedəcəm indi. Vəziyyətim çox ağır idi. Birdən niyəsə ağlıma Qoqol gəldi. Yəqin ki, o da qəbirdə mənim kimi ayılıb ölmüşdü.

Gözlərimin önünə yaşadığım bütün keçmiş gəlməyə başlayırdı. Necə doğuş keçirdiyim, qızımı necə ilk dəfə qucağıma götürdüyüm. Onun ilk adımları. Dediyi ilk sözlər. İlahi, mən bu axmaq depresiyaya görə qızımı, onun haqqda hər şeyi unutmuşam.

Yadıma düşdü ki, mən ümumiyyətlə anama zəng vurmağı yığışdırmışam. Həyatın gözəl olduğunu, yaşamağın möhtəşəm olduğunu xatırlayırdım. Amma mən axmaq gicbəsər kimi, burda ölürəm. Və məni mənim sevdiyim, ilahlaşdırdığım yaponlar öldürür. Ax yaponlar, ax q ..lər. !

Və birdən tabutun qapısı açılır. Mən elə həmənki otaqdayam və bütün bunlar kompyuterləşdirilmiş proqram illüziyası imiş. 10 dəqiqə də onları söyə-söyə ağladım. Güclə sakitləşdirdilər.

Rəfiqəm baxıb gülür. Onlar mənə ölümümün video yazısını verdilər. Sən demə içəridə kameralar varıymış və məni çəkiblər.

Bütün bu prosedurdan sonra, mən həyatı sevməyə başladım. Həm də arıqladım..)) Depresiyam keçdi. Artıq pis bir şeylər olanda tabut yadıma düşürdü və ağlımdan o dəqiqə çıxırdılar. Yox, mən buranı istəyirəm, burda reallıqlarla birgə xoşbəxt yaşamaq istəyirəm. Belə... Siz də həyatı sevin!

 

 
 
 Qadinkimi.com