BURA / ORA
Yaponiya Parlamenti valideynlərə uşaqları vurmağı qadağan etdi Tarix : 19 İyun 2019, 14:03

Yaponiya Parlamentində Uşaqlar Haqqında Qanuna dəyişiklik edilib. Yeni qanuna görə valideynlərə uşaqlara fiziki güc tətbiq etmək qadağan olunur. The Mainichi xəbər verir ki, qərar 3-cü gün Yuxarı Palatada qəbul edilib. 

Deputatların çoxu  sənədin lehinə  çıxış edib. Bundan əvvəl qanun layihəsini Aşağı Palata da dəstəkləyib. 
Yeni dəyişikliyə əsasən uşaqlara fiziki cəza vermək qadağan olunacaq. Qanunu pozanlar üçün cərimə və cəza hələ müəyyən edilməyib.  
Bundan əlavə yerli icra orqanları valideynlərlə prafilaktik işlər aparacaq. Uşaqlara qarşı zorakı metodlardan istifadə edən ailələrlə görüşüləcək. 
Yeni qanuna görə sosial işçilər ailə zorakılığına müdaxilə etmək üçün daha geniş hüquqlar əldə edirlər. 
İndiki qanun valideynlərin tərəfindədi. Hətta tibbi ekspertiza olsa da.

Növbəti addım kimi Yaponiya hökuməti alçaldılma, mənəvi təzyiq kimi problemləri də qanunla müzakirəyə çıxarmağı planlaşdırır. 

Hökumət qanunu sərtləşdirməyi ölkədə ard-arda baş verən uşaq ölümlərindən sonra qərara alıb. Xüsusilə yanvar ayında Tokioda atasının döyərək öldürdüyü 10 yaşlı qızın hadisəsindən sonra bu mövzu Yaponiya hökumətini ciddi narahat edir. 
Qeyd edək ki, 2018-ci ildə də 5 yaşlı qız valideynlərinin amansız davranışı nəticəsində vəfat edib.  

qadinkimi.com