BURA / ORA
Xərçəngdən həyatını itirən Erma Bombekin son yazısı Tarix : 14 İyun 2019, 00:23
Yazar : Qadinkimi.com
Amerikalı yazıçı Erma Bombek 1927-ci il fevralın 21-də ABŞ-da doğulub. Bombekin 15 kitabı nəşr edilib, çoxu bestsellərə çevrilib.

E. Bombek 22 Aprel 1996-cı il tarixində xərçəng xəstəliyindən vəfat edib.

  
Məşhur yazarın özünə xas baxış tərziylə yazdığı köşə yazıları böyük maraqla izlənilirdi.

Öz köşəsində həyat, analıq və evlilik kimi ictimai mövzulardan bəhs edən Erma Bombek, vəfatından əvvəl həyat barədə peşmanlıqlarından və sahib olduğumuz həyatın nə qədər dəyərli olduğundan yazıb.

 


Erma Bombekin ölümündən əvvəl qələmə aldıqlarını sizə təqdim edirik.


Həyatımı yenidən yaşaya bilsəydim əgər:


1. Xəstəykən yatağa girər vә istirahət edərdim. 

2. "Mən olmadığım zaman hər şey pisliyə doğru gedəcək” deyə düşünməzdim...

3. Gül formasındakı çəhrayı şamı saxlamaz, yandırardım. 

4. Daha az danışar, amma daha çox dinlərdim... 

5. Yerlər çirklənsə, masa örtüm ləkələnsə belə, daha çox dostlarımı axşam yeməyinə dəvət edərdim. 

6. Qonaq otağında televizora baxarkən, popcorn yeyər, döşəmə çirklənəcək deyə qorxmazdım.

7. Mənə gəncliyindən bəhs etməyə çalışan atama daha çox vaxt ayırardım.

8. Həyat yoldaşıma daha çox dəstək olardım.

9. Saçım pozulmasın deyə, avtomobilin şüşəsinin açılmasına qarşı çıxmazdım.

10. Ətəyimin çirklənməsinə baxmadan çəmənlikdə oturardım.

11. TV izləyərkən daha az, həyata baxarkən daha çox ağlayar və gülərdim.

12. Üstünə "Ömür boyu zəmanət verilir” yazılan heç nəyi almazdım.

13. Hamiləliyimin bir an əvvəl başa çatmasını diləmək əvəzinə, hamilə olduğum hər andan həzz alar və bətnimdə bir canlı yaratmağın necə möhtəşəm olduğunun fərqinə varardım. Bu o qədər nadir bir hadisə ki... Möcüzə kimi bir şeydi...

14. Uşaqlarım məni öpmək istədiklərində, əsla "əvvəl get əl-üzünü yu” deməzdim.

15. Onlara daha çox "səni sevirəm", ondan daha da çox "üzr istəyirəm" deyərdim. 

16. Amma başqa bir həyat verilsəydi, ən çox edəcəyim şey həyatın hər dəqiqəsini dəyərləndirmək olardı.

17. Diqqətlə bax. Həqiqətən gör. Yaşa. İmtina etmə.

18. Kiçik şeylər üçün şikayət etməkdən vazkeç.

19. Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı. Bunun yerinə, münasibətlərimi gücləndirməyə çalışardım. 

20. Sahib olduğunuz mənəvi, cismani hər şey üçün şükr edin.

21. Tək bir həyatınız var və bir gün başa çatacaq. Ümid edirəm hər gününüzü dəyərləndirərsiniz.



qadinkimi.com