BURA / ORA
Veqanam, çünki ətraf mühitə biganə deyiləm - VIDEO Tarix : 09 Sentyabr 2019, 13:38
Yazar : Qadinkimi.com
Üç ildir ki, veqan olan Lamiyə Səfərova həyat tərzinin insanın sağlamlığına və ətraf mühitə faydalarından danışıb.

Lamiyə bildirib ki, ət yeyib-yeməmək insanların seçimi hesab edilsə də, heyvanların seçim etmək imkanları olmadığını haqda danışılmır: "Heyvanlar bıçağın altına öz şəxsi seçimləriyləmi uzanırlar?”

Ət sənayesinin təbiətə və ətraf mühitə vurduğu zərərlərdən danışan Lamiyə, beynəlxalq sağlamlıq təşkilatlarının hesabatlarına istinadən qeyd edib ki, heyvan mənşəli qidalar insan sağlamlığı üçün heç də düşünülən qədər sağlam deyil.

Lamiyə bir çox tədqiqatların veqan həyat tərzinin insan sağlamlığına müsbət təsiri olduğu qənaətinə gəldiyini qeyd edib "Veqan həyat tərzi insan həyatının bütün mərhələlərində sağlamdır və tamamiylə təhlükəsizdir”.
 

 
Mənbə: akinchi.org