Valideynlə bağlı beyinə yeridilmiş 3 mif:
1. Valideynə borclusan.
2. Valideyn nə dedi o da olmalıdır.
3. Valideynə qarşı çıxmaq, üzünə ağ olmaqdır.
Mənim izahım:
1. Valideynə borclu olmaq yox, onu sevmək lazımdır.
Yəni "mən onların borcunu ödəməliyəm çünki məni dünyaya onlar gətirib" fikri ilə yaşamaq doğru deyil.
2. Valideyn də insandır yəni səhv edə bilər.
Valideyn olmaq diktə etmək yox, övladının fikirlərinə hörmət edib, onları bölüşmək deməkdir.
3. Valideynə qarşı çıxmaq onların üzünə ağ olmaq demək deyil, sənin fikirlərini anlamadıqları, hörmət etmədikləri üçün qarşı çıxırsan.
Həzrət Əlinin "övladlarınızı öz dövrünüzə görə yox, onların dövrünə görə böyüdün" fikri çox doğrudur.
Sadəcə mentallıq, sürü düşüncəsi, doqmalar və s o qədər fikirlər beyinlərə yeridilib ki, bundan xilas olmaq çətindir.
Reallıq budur ki, bu toplum "valideyn-övlad" münasibətindən artıqlamasıyla əziyyət çəkir...
Orxan Şahbaz
Qadinkimi.com