25 illik təcrübəsi olan keçmiş əks-kəşfiyyat agenti Larae Kuai hər birimiz üçün uğur anlayışının fərqli, amma yanaşma tabularının eyni olma səbəbini izah edir.
Çox vaxt missiya yerinə yetirmək üçün gedən komandada yeganə qadın mən olurdum. Belə şəraitdə sən işi çox tez öz əlinə götürməyi öyrənirsən, lakin daha önəmlisi, kişilərin üstünlük təşkil etdiyi bir mühitdə tələbat və rəqabətədavamlı olmaq istəyirsənsə, nə etməyin qəti qadağan olunduğunu anlamalısan.
Tezliklə başa düşdüm ki, uğurum öz seçimlərimlə sıx bağlıdır. Hər şey: planlarım, müəyyən vəziyyətlərə münasibətim və ən əsası, məni gələcək nailiyyətlərə həvəsləndirəcək şəxsin kimliyi: başqası olacaq, yoxsa özüm.
Mən öz xeyrimə seçim etdim və illər ərzində heç bir uğurlu qadının etməməsi lazım olan doqquz qayda hazırladım. Bu qaydalar universaldır və tamamilə hər hansı bir sahə üçün faydalıdır - zəka karyerasından səlahiyyətli ev təsərrüfatına qədər.
Uğurlu qadınlar heç vaxt öz qorxularına laqeyd qalmırlar.
İrəli getmək və karyera nərdivanıyla yuxarı qalxmaq istəyirsinizsə, gec-tez qorxularınızla üzləşməyi öyrənməli olacaqsınız. Onlardan qaçmaq üçün edilən hər hansı cəhd yalnız qiymətli enerjinizi boşa çıxaracaq, əsəb, gərginlik isə heç yerə itməyəcək. Qorxulardan qaçmaqla onları yox etməyəcəksiz, əksinə, mənfi enerji yığacaqsız və bununla qorxularınızı yalnız qidalandıracaqsız, bu da öz növbəsində sizə dağıdıcı təsir göstərəcək. Əvəzində bütün mənəvi gücünüzü göstərməyə çalışın: fikir və duyğularınızı işinizin xeyrinə yönəldin, emosiyalarınızı faydalı istiqamətdə idarə etməyi öyrənin.
Biz heç vaxt münaqişədən uzaqlaşmırıq.
Bir qayda olaraq, başqaları ilə qarşıdurmadan qaçan insanlar münaqişəni aqressiv, yorucu və hörmətsiz bir şey kimi qəbul edirlər. Amma bu belə deyil, çünki əslində münaqişə tamamilə fərqli formalarda ola bilər. Əsas odur ki, kiminsə davranışı konkret olaraq sizin fikirlərinizi və emosiyalarınızı manipulyasiya etməyə yönəldikdə, tələyə düşməyəsiniz. Tərəfdaşınızla aranızda problemi nə qədər tez hiss etsəz bir o qədər tez buna son qoymalısınız (həm də qışqırmaq və əl-qol yelləmək lazım deyil). Ancaq cavab vermək vacibdir, əks halda başqalarının xarakterinizin gücü ilə bağlı şübhələri olacaq.
Uğurlu qadınlar öz daxili tənqidçilərini dinləmirlər.
Zaman-zaman özüm də beynimin içində oturan və məni daim "buran” bu bezdirici balaca adamın səsini boğmaq istəyirdim. Bunu etmək asandı - sadəcə müsbət məqamlara diqqət yetirməli və konstruktiv tənqidi dağıdıcıdan ayırmağa çalışmalısan.
Zehni güc - düşüncələrinizi idarə etmək və onların davranışınızı proqramlaşdırmasına mane olmaq qabiliyyətidir. Bunu öyrənmək çətin deyil - əsas odur ki, özünüzlə düzgün dialoq qurasınız və son dərəcə dəqiq (daha çox müsbət) parametrlərdən istifadə edəsiz.
Biz heç vaxt hər şeyin mükəmməl olacağı anı gözləmirik.
Uğurlu olmaq istəyirsinizsə, qeyri-müəyyənliyin sağlam qorxusuyla, banal özünə inamsızlıq şübhəsi arasında fərq qoymağı öyrənməlisiniz.
Bədbəxtliyə istinad etmək və ya hər şeydə başqalarını günahlandırmaq asan yoldur, lakin bu, sizə laqeydlik və deqradasiyadan başqa heç nə vəd etmir. Hər şeyə nail olduğunuzu düşünsəniz də, əlinizdə olanları inkişaf etdirməyi və istifadə etməyi dayandırmayın. Xarakterin gücü ideal şərait gözləməkdə deyil, ən pis şəraitdə belə bacarıqla fəaliyyət göstərməkdədi.
Biz keçmişimizi səhv olaraq görmürük.
İşə yeni başlayanda milyonlarla səhv etdim. Hərdən yerin dibinə girmək istəyirdim, amma dərhal özümə and içirdim ki, etdiyim hər səhvdən nəticə çıxaracağam.
Keçmiş bizim kim olduğumuzu müəyyən etmir, bizi gələcəkdə kim olacağımıza hazırlayır.
Bəli, gəncliyin səhvləri həqiqətən çox ağrılı ola bilər, amma özünüzdən və ya taleyinizdən şikayət etmək əvəzinə onlara özünüzü tərbiyə etmək üçün bir fürsət kimi baxın. Həmkarlarınıza və dostlarınıza diqqət edin: onlar da səhv edirlər, siz də onları nəzərə almalısınız.
Uğurlu qadınlar seçilmək fürsətindən istifadə edirlər.
Uğur qazanmağın bəlkə də ən sürətli və ən təsirli yollarından biri başqalarının tərəddüd etdiyi işi öz üzərinə götürməkdir. Bu, ən mənasız iş ola bilər. Əsas odur ki, bunu yaxşı bacarasan, onda sən dərhal özünü kütlədən fərqləndirəcəksən. Məqsədinizə çatdıqdan sonra dayanmayın, çünki gələcəkdə təşəbbüsünüzün nə ilə nəticələnə biləcəyini bilmirsiniz. Çox vaxt yeni fürsəti sınayana qədər onun nə demək olduğunu və nəticəsini bilmirik.
Biz həmişə ağlımız başımızda oluruq.
Ən sevdiyim kəlamlardan biri İqnatius Loyoladan gəlib. "Elə dua edin sanki Allah hər şeyi həll edəcək. Elə davranın sanki hər şey yalnız sizdən asılıdır”.
Bir çoxları uğursuzluqlarında və ya məğlubiyyətdə yalnız şanssızlığı günahkar bilirlər, belə iddia edərək özlərinə haqq qazandırırlar. Problem ondadır ki, güclü liderlər sualı başqa cür qoyurlar. Onlar şansı özləri tərəfindən idarə oluna bilən bir şey kimi qəbul edirlər, çünki uğur və ya uğursuzluq faktı yalnız onlardan asılıdır. Bəli, tale də rol oynaya bilər, ancaq yaxın gələcəkdə əldə edəcəkləriniz, nə baş verə biləcəyini təxmin etmək üçün ağlınızı işə salmalısınız.
Uğurlu qadınlar əvvəlcə düşünür, sonra danışırlar.
Qadınlar haqqında ən çox yayılmış stereotip - deyirlər, biz əvvəlcə danışırıq, sonra düşünürük - bu rəyi dağıtmaq lazımdır. Potensial investorlarla və ya vacib müştərilərlə görüşməzdən əvvəl bir az araşdırma aparın ki, məlumatsız olduğunuzu düşünməsinlər.
"Təslim olmaq” sözü bizim üçün tabudur.
İşlədiyim 24 illik həyatımda idarəmizin divarları arasında heç eşitmədiyim yeganə söz "təslim olmaq” idi. İstintaq nə qədər çətin olsa da, agentlər heç vaxt işi yarımçıq qoymurdular, etmək istədikləri işin altına mütləq girib sona çatdırırdılar.
Problem ondadır ki, siz "təslim oldum” və ya "bacarmıram” deyəndə dərhal bacarıq, davranış və hisslərinizi idarə edə bilmədiyinizi göstərmiş olursuz. Qabiliyyətinizi şübhə altına alırsınız. Həmkarlarınız və əsası, rəhbəriniz "qorxuram" və ya "bu məni aşar” kimi ifadə eşidəcəksə avtoritetiniz zərbə alacaq. Buna isə ehtiyac yoxdur.
Qadinkimi.com tərcümə