Qadinkimi.com xəbər verir ki, Yeşilçamın məşhur aktyoru Cüneyt Arkın bu gün Teşvikiye məscidində son səfərinə yola salınıb.
Usta sənətkar dəfn olunmazdan əvvəl onunla vida mərasimi keçirilib.
Aktyorun üzərində Türkiyə bayrağı olan tabutu Atatürk Kültür Mərkəzinə gətirilib. Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, aktyorun həyat yoldaşı Betül Cüreklibatır, övladları Murat Arkın, Kaan Cüreklibatır, yaxın dostları və sevənləri iştirak edib.
Mərasim zamanı usta sənətkarın rol aldığı filmlərdən hissələr nümayiş olunub. Türk kino sənətində unudulmaz iz qoyan Cüneyt Arkın daha çox "Battalqazi", "Kara Murat" və "Malkoçoğlu" kimi populyar obrazlarla qəlblərdə taxt qurub.
Sənətkarı son mənzilə yola salmağa gələnlər arasında onunla bir çox filmdə baş rolu paylaşan "Yeşilçamın sultanı" aktrisa Türkan Şoray da olub. Kədərindən göz yaşlarına boğulan aktrisa sənət dostunun tabutuna sarılaraq öpüb.
qadinkimi.com