BURA / ORA
Tramp ölkədən xarici vətəndaşları çıxaracağını deyib Tarix : 18 İyun 2019, 09:03

ABŞ prezidenti Donald Tramp gələn həftə ABŞ-a qanunsuz yolla gələn miqrantların kütləvi deportasiya ediləcəyinin anonsunu verib.
Bu barədə o, twitter hesabında yazıb: "Gələn həftə immiqrasiya-gömrük polisi ABŞ-da qeyri-leqal yaşayan milyonlarla xarici vətəndaşı deportasiya edəcək. Onlar gəldikləri kimi də gedəcəklər". 
Donald Tram demokratları miqrant kontrolunda fəaliyyətsizlik göstərdiklərinə görə qınayıb.
"Meksika immiqrasiya qanununa ciddi əməl edir, ölkəmizin sərhəddinə yaxınlaşana qədər artıq insanların qarşısını alır.
Qvatemala da "Üçüncü təhlükəsiz ölkə" sazişini imzalamağa hazırlaşır. Heç nə etməyən bircə Konqresdəki demokratlardı",- Tramp qeyd edib. 

qadinkimi.com