UŞAQ / BÖYÜK
TN - nin yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumatı Tarix : 07 Sentyabr 2020, 09:26

COVİD-19 pandemiyası dövründə yaşam həm valideynlər, həm də uşaqlar üçün eyni dərəcədə çətindir. Məktəbə qayıdış vacib olmaqla yanaşı, həm də müsbət addımdır. Lakin siz və uşaqlarınızın çoxlu sualları ola bilər. Qabaqcadan nəzərə almalı olduğunuz məsələlər və uşağınıza necə dəstək göstərə biləcəyinizə dair ən son məlumatları təqdim edirik.

 

Məktəblər nə vaxt və necə açılacaq?

Azərbaycan Respublikası Təhsil Nazirliyi yeni tədris ilində  təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Bu təzə məlumata istinadən ümumi təhsil müəssisələrinin fəaliyyəti aşağıdakı qaydada təşkili olunacaqdır:

  • Sentyabrın 15-dən tədris ibtidai siniflərdə (1-4-cü siniflərdə) həftədə 2-3 dəfə olmaqla əyani formada bərpa olunacaq.
  • 5-9  sinifləüzrə isə tədris sentyabrın 15-dən onlayn qaydada, oktyabrın 1-dən isə həftədə 2-3 dəfə olmaqla əyani formada təşkil olunacaq.
  • 10-11-ci sinif şagirdlərinin isə 15 sentyabr tarixindən distant formada, oktyabrın 15-dən isə həftədə 2-3 dəfə olmaqla əyani formada tədrisə başlaması nəzərdə tutulur. 
  • Bütün siniflər üzrə növbəti dövr üçün noyabrın 2-dən epidemioloji vəziyyətdən asılı olaraq müvafiq qərar qəbul ediləcək. 

 

Övladımın müəlliminə və ya məktəbin rəhbərinə hansı sualları verməliyəm?

Belə bir narahatedici bir dövrdə çoxlu sualların olması təbiidir. Soruşa biləcəyiniz bəzi faydalı suallar aşağıdakılar ola bilər:

  • Məktəb şagirdlərin təhlükəsizliyini təmin etmək üçün hansı addımları atıb?
  • Məktəb ixtisaslaşmış yardıma ehtiyacı olan şagirdləri bu cür yardıma necə yönləndirəcək?
  • Məktəbin təhlükəsizlik səylərinə necə dəstək göstərə bilərəm - məsələn, valideyn-müəllim komitələri və ya digər şəbəkələr vasitəsilə?

 


Uşağım dərslərində geridə qalıbsa nə etməliyəm?

Dünyanın müxtəlif yerlərində şagirdlər öyrənməyə davam etməyi nə qədər çox istədiklərini nümayiş etdirib. Onlar fədakar müəllim və valideynlərinin dəstəyi ilə, çətin şəraitdə öz dərslərinə davam etməyə israrla səy göstərib.

Lakin bir çox uşaqlar məktəblər açılanda təhsil proqramından geridə qalmamaq  üçün əlavə dəstəyə ehtiyac duyur.

Bir çox məktəblər şagirdlərin öyrənmə tempini bərpa etmək üçün əlavə dərslərlə bağlı planlar hazırlayır. Buraya təkrarlama və ya bərpa kursları, dərsdən sonrakı proqramlar və ya evdə yerinə yetiriləcək əlavə tapşırıqlarla tədris ilini başlamaq daxil ola bilər. Bir çox məktəblərin tam qrafiklə və ya bütün siniflər üçün açılmama ehtimalını nəzərə alaraq, məktəblər sinifdə tədrislə məsafədən təhsili (ev tapşırıqları, radio, televiziya və ya onlayn təlim) ehtiva edən "qarışıq təlim" tətbiq edə bilər [Məktəbəqədər yaşdakı uşaqlar üçün hazırladığımız "Oynayırıq və öyrənirik" onlayn veriliş silsiləsinə baxmaq üçün YouTube kanalımıza nəzər yetirə bilərsiniz].

Məktəb və məktəb tapşırıqları ilə bağlı rejim yaratmaqla, evdə uşağınıza əlavə dəstək göstərin. Əgər onlar özünü narahat hiss edirsə və diqqətlərini cəmləməkdə çətinlik çəkirsə bu, onlara kömək edə bilər.

Suallar vermək və məlumatlı qalmaq üçün müəllim və ya məktəblə əlaqə saxlamağınız faydalı ola bilər. Uşağınız xüsusi çətinliklər (məsələn, ailə üzvünün itirilməsi, yaxud pandemiya ilə əlaqədar narahatlığın artması) yaşayırsa, bunu onlara mütləq bildirin.

 

Övladım "məktəb rejimi"nə qayıtmaqda çətinlik çəkirsə nə etməliyəm?

Yadda saxlayın ki, övladınız davam edən pandemiya ilə bağlı stressi sizdən fərqli şəkildə yaşayır. Dəstəkləyici və qayğıkeş bir mühit yaradın və onların suallarına və hisslərini ifadə etməsinə müsbət yanaşın. Övladınıza dəstəyinizi göstərin və ona bildirin ki, bu cür vaxtlarda narahatlıq keçirmək və ya ümidsizliyə qapılmaq tamamilə normaldır.

Uşağınızın öz rutininə davam etməsinə kömək edin və öyrənmə prosesini yemək bişirmək, ailəvi oxu vaxtı və ya oyunlara daxil etməklə, onu əyləncəli edin. Daha bir üsul isə tövsiyələr bölüşmək və dəstək almaq üçün eyni təcrübələri yaşayan digər valideynlərlə əlaqə qura biləcəyiniz valideyn və ya icma qrupuna qoşulmaq ola bilər.

 

 


 qadinkimi.com