Gürcüstanda məşhur
blogerlərdən sayılan Zurab İzoria Tiflisin Botanika bağından videoçarx çəkərək
azərbaycanlılara müraciət edib.
Bizim.media-nın verdiyi məlumata
əsasən bildiririk ki, Zurab İzoriya Azərbaycan ictimaiyyətinə səslənərək onları
Tiflisə gələndə Botanika Bağına da baş çəkməyə dəvət edib:
"Tiflis təkcə şərab və xəngəldən ibarət şəhər deyil. Bura gələndə bir Botanika
Bağına da baş çəkin. Bu məkanda sizin çox şərəfli əcdadlarınız uyuyur.
Yollarını ot basıb, illərlə onları heç kim ziyarət eləmir”.
Bloger bildirib ki, bu gün mən onları ziyarət edirəm və qarşılarında baş
əyirəm.
"Çünki bu adamlar Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında, onun
ideologiyasının formalaşmasında can qoyublar”.
İzoriya bu pantiona olan biganə münasibətdən də söz açıb. Qəbrlərə
gedən yolda heç bir işarənin olmamasına da tənqidi mövqe sərgiləyib. Bunu
hörmətsizlik hesab edib.
Xatırladaq ki, həmin
pantionda Azərbaycanın görkəmli ədibləri Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov
uyuyur. Onlarla yanaşı Azərbaycanın müstəqilliyi üçün canlarını qurban vermiş,
ADR-in baş naziri olmuş Fətəli Xan Xoyski, Həsən bəy Ağayevin də qəbrləri var.
Zurab İzorianın azərbaycanlılara etdiyi çağırışla bağlı hazırladığı videoçarxı
təqdim edirik:
Mənbə: bizim.media
qadinkimi.com