BURA / ORA
Sergey Lavrovun milliyyətcə erməni olması - FAKTLAR Tarix : 13 Noyabr 2019, 22:44
Yazar : Qadinkimi.com
Yəqin ki çox az insan Rusiya Xarici işlər nazirinin Tiflisdə anadan olduğunu və həqiqi soyadının Lavrov olmadığını bilir.
Lavrovun atası Tiflisdə anadan olmuş bir ermənidir. Amma bu da bir həqiqətdir ki, Lavrovun Tiflisdə anadan olmasına dair hər hansısa hüquqi sənəd tapmaq çətindir. Rəsmi olaraq təqdim edilən tərcümeyihallarından heç birində onun harada anadan olduğu göstərilmir.

Sergey Lavrov Tiflisin Ararat küçəsində anadan olub. Orada indiyə qədər bir zamanlar Lavrov soy adlı bir ailənin yaşadağı bilinməməkdədir.

Georgiantimes öz qaynaqları sayəsində kiçik Sergeyin ailəsi ilə birlikdə yaşadığı evi tapmağı bacardı və Lavrov soy adının əslində onu yetişdirən ögey atasına aid olduğu meydana çıxdı.

Xırdalıqları aydınlaşdırmaq üçün Tiflisdəki erməni diasporasının liderlərindən Van Bayburtla əlaqə saxladıq. Sergey Lavrovun uşaqlığını keçirdiyi evin həqiqətən də Ararat küçəsində yerləşdiyini təsbit etdik. Bayburt Lavrov haqda maraqlı məlumatlar verdi və əsl soy adının Lavrentiyan deyil Kalantarov olduğunu (Kalantaryan) bildirdi.

Van Bayburt deyir:

"Sergey Lavrovun əsl soy adının Kalantarov olaraq bilirəm. 17 fevral 2005 ci ildə İrəvan Slavyan Universitetindəki tələbələr Lavrovdan erməni köklərinin ona hər hansısa problem yaradıb yaratmadığını soruşduqlarında:

"Əsl köküm babalarım tiflisdən gəlir. Çünki atam oralıdır. Eyni zamanda damarlarımda erməni qanı axır. Erməni milliyyətim məni heç vaxt narahat etmədi”- deyə cavab vermişdir.

Elə bu cavabı ilə də Sergey Lavrov bir erməni safqanına aid olduğunu etiraf etmişdi.

Van Bayburt:

"Tiflisdə atasının qohumu, yaşlı bir adam məni görməyə gəldi. Onun yaşı 80-ni keçmişdi. Lavrovun Niyyorktda Rusiyanın BMT numayəndəsi işlədiyi dövrlərdə biz də onunla bağlı məqalə yazmağı planlaşdırmışdıq. Lavrovun qohumu olan qonağımız atasının ailəsi olan Kalantarovların çox varlı olduqlarını söylədi. Babası Kalantarov Tiflis dumasının üzvü idi. Lavrov Tiflisə gəldiyi zaman həmkarım və mən ona Ararat küçəsində yerləşən uşaqlığını keçirdiyi evi göstərmək istədik. Ancaq, işinin çox olduğuna görə o Ararat küçəsinə gedə bilmədi. Erməni kökənli olmasına baxmayaraq Sergey Lavrovun ana dilini bilmədiyi də məlumdur. Tiflisdəki babaları da rusdilli idilər.

 
 
Mənbə: asasmedya
qadinkimi.com