DƏB VƏ BAXIM
Çəki ilə mübarizə və narıngi Tarix : 03 May 2021, 09:26

Narıngi piylənmənin qarşısını alır

Aparılan tədqiqatlar göstərmişdir ki, müəyyən vaxt ərzində narıngi qəbul etmək qarın boşluğunda piy toplanmasına və qaraciyərdə piyin azalmasına müsbət təsir edir. Siçanlar üzərində aparılan təcrübələr bunu sübut etmişdir. Onlarda hətta qaraciyər hüceyrələrinin bərpası da müşahidə olunmuşdur.

İkinci eksperimenti isə artıq çəkidən əziyyət çəkən məktəblilər üzərində aparmışlar. 2 ay müddətində narıngi şirəsinin qəbul edilməsi və yüngül  fiziki hərəkətlər onlarda çəkinin 1,5%  azalmasına səbəb olmuşdur. Hazırda Cənubi Koreyada artıq çəki ilə mübarizədə narıngi şirəsindən istifadə edirlər. Onun qocalarda ağıl zəifləməsinə də təsirini öyrənmək üçün tədqiqatlar aparılır.

 

 
 
 
 

Qırmızı çaxır iltihab əleyhinə təsir edir

 

Alimlərdən yeni kəşf -Qırmızı şərab artıq çəki ilə mübarizədə faydalı imiş 


Şotlandiya alimlərinin apardığı tədqiqatlar bunu deməyə əsas verir. Qlazqo Universitetinin əməkdaşlarının fikrincə, üzümdə olan resveratol adlı antioksidant maddə  iltihab törədən mikroorqanizmlərə qarşı təsir göstərmək gücünə malikdir. Aşkar edilmişdir ki, üzümün tərkibində olan bu maddə qocalma proseslərinin qarşısını alır, keçirilmiş virus infeksiyasından sonra sağalmaya kömək edir, qan kütlələrinin toplanmasına mane olur, xərçənglə mübarizə aparır. Qırmızı çaxırda bu maddənin konsentrasiyası ağ çaxırda olduğundan daha çoxdur.

    

 
 
 
Aytən Səmədzadə