BURA / ORA
Rusiya mətbuatı yazır: “Zelenskinin devrilməsinə cəhdlər var” Tarix : 04 Noyabr 2019, 14:22


Rusiya mediasının son günlər ən çox verdiyi xəbər Kiyevdə Zelenskinin devrilməsinə cəhdlərin olmasıdı.

Ramler.ru və digər saytların xəbərinə görə Ukraynanın keçmiş ədliyyə naziri Yelena Lukaş ölkənin hazırkı prezidenti Vladimir Zelenskini devirmək cəhlərinin olduğunu açıqlayıb. O, bildirib ki, Donbassda hazırkı dövlət başçısını hakimiyyətdən devirmək istəyən bəzi siyasi qüvvələr bu işə cəlb olunub. 


Lukaş hesab edir ki, Zelenskinin hakimiyyətə gəlməsi ilə həm sosial, həm siyasi, həm də iqtisadi vəziyyət daha da pisləşib və guya söz azadlığı sual altındadı.

Bununla yanaşı, o, müsbət tərəflərin də olduğunu qeyd edib: "Yaşamaq daha da asanlaşıb. İnsanlar kilsələrdən əvvəlki kimi intensiv şəkildə qovulmurlar. İnsanlar "doğma” və "yad”, "beşinci kolon” və "vətənpərvərlik abidəsi” kimi ayrı-seçkiliklərə daha az məruz qalırlar. 


Qeyd edək ki, daha əvvəl News.ru saytı Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı Ternopol sakinlərinin "Kapitulyasiyaya yox!”, "Rüsvayçılıq!” kimi şüarları ilə aksiya keşçirdikləri xəbərini verib.

 

 

 

 

qadinkimi.com