QADIN / KİŞİ
Qadinkimi.com/az/ “Özümə məktub” layihəsinə başlayır. Arzu edənlər məktub yaza bilər. Tarix : 28 İyun 2020, 03:18

Hər kəsin öz ömrü var. Tənha olmadığı və tənha olduğu… Hərdən, ya tez- tez bu ömürlə söhbətləşirsən.Təxminən belə:

- Ən çox kiminlə yaşadın?

- Özümlə.

- Ən çox kimnən narazı oldun?

- Ozümdən.

- Ən çox kimi incitdin?

- Özümü.

- Ən çox kiminlə danışdın, ya bölüşdün?

- Özümlə…

Və s…və ilaxır…


İndi texnika əsridir. Mesaj yazırıq bir – birimizə. Əvvəlki kimi nə məktub yazan, nə də alan var. Amma nə poçtla, nə telefonla, nə nootbokla göndərdiyimiz, amma həmişə yazdığımız məktub var. Tez – tez yazırıq kimsəyə oxumadığımız o məktubu. Özümüzə dediklərimiz, özümüzə yazdığımız məktubdu bu. Daim əlavələr etdiyimiz, dəyişdiyimiz, bitirə bilmədiyimiz məktub. Həmişə yazıldığı ünvanda qalan məktub…Amma hərdən istərsən, kimsə oxusun. Bölüşmək istərsən. Çünki bölüşməyə də ehtiyacımız var.

Qadinkimi.Az "Özümə məktub” layihəsinə başlayır. Arzu edənlər məktub yaza, hər kəs layihəyə qoşula bilər. Bu təkcə xanımlar üçün deyil, bəylərə də aiddir. Hər həftə məktublarınız saytımızda yer alacaq.

 

Bu müsabiqə deyil. Amma ən çox oxucu qazanan, sevilən, seçilən məktub müəlliflərinə imzalı kitablar söz veririk.


Layihə maddi və mənəvi dəstək olmaq istəyənlərə açıqdır. Öncədən hər birinizə təşəkkür edirik.

 




Qadinkimi.com/az/