BURA / ORA
Qadın vəkil ətəyə görə şikayət edildi, kişi vəkil ətəklə protest etdi Tarix : 02 İyun 2019, 17:37
Yazar : Qadinkimi.com
Türkiyədə Tuğçe Çetin adlı vəkili qısa ətək geyindiyinə görə işdən azad etmək istəyiblər. Məhkəmə vəkil Tuğçe Çetinin geydiyi ətəyin dizdən 15 sm yuxarıda olduğunu və bu geyimin vəkilliyə uyğun gəlmədiyini  iddia edib. Hakim Mehmet Yoylu protokol hazırlayaraq ətəyin şəkillərini çəkib  ədliyyəyə göndərib. 
 


 
 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Kocaelidə vəkil olaraq çalışan İbrahim Karslı həmkarına qarşı olan haqsızlığa etiraz edib. O, ətək geyərək təkadamlıq aksiya keçirib. İstanbul Anadolu 2. İş Məhkəməsində çalışan həmkarı Tuğçe Çetinin geyiminə qarışanları qınayıb. CHP-li vəkil Karslı ətəklə şəklini yayaraq bu mesajı verib: "Çox şükür bu gün ədliyyədən evə təcavüzə uğramadan  gəlib çata bildik. Mənim etirazım ədaləti ətək səviyyəsinə endirənlərə, qadını təhqir edənlərədir". Karslı aksiyasına deviz də tapıb:"ƏTƏKLƏ DEYİL, ETİKLƏ"! Hadisədən sonra digər vəkillər də məhkəmə qarşısında etiraz edib.
 



 
Qeyd edək ki, bu protestlər işə yarıyıb. Vəkili işdən uzaqlaşdırmaq istəyən hakim etirazlar nəticəsində vəzifədən azad edilib. Vəkil Tuğçe Çetin isə sosial media hesabından bu fotoşəkli paylaşaraq "Yenə eyni geyimdə, hər zaman olduğumuz yerdəyik" deyə qeyd edib.

 

 


qadinkimi.com