YAZI / DÜŞÜNCƏ
Psixoloq söhbəti: Anam məni dəli edir Tarix : 20 May 2022, 09:25

- Düzünü desəm, anamla münasibətlərimi düzənləyə bilmirəm.Müəyyən məsələ haqqında danışanda onun mənə məsləhətləri məni özümdən çıxarır. Belə məqamlarda nəinki onunla danışmaq, onunla bir yerdə olmaq belə istəmirəm. Bunun əlacı varmı?

- Əlbəttə. Amma mənim məsləhətim səni təəccübləndirə bilər.

-Haydı,deyin.

-Sən anandan qurtulmalısan.

-Əlbəttə,mən bunu fikirləşirdim. Amma bu təklifi sizdən gözləmirdim.

- Məni düz başa düşmədin. Sən anandan fiziki deyil, başında azad olmalısan.Yəni, beynində qurduğun ana və qız obrazlarından azad olmalısan.

- Anlamadım, nə obraz?

- Görürsənmi, fikir sənə aydın deyil. Xəyal gücünü işə sal.

Təsəvvür et ki, səni dünyaya gətirən qadın müəyyən xasiyyətləri olan bir insan olub. Sonra Ana olaraq yeni ad qazanıb, yeni həyat tərzinə başlayıb. Bu zaman təkcə özünün özünə deyil, ətrafdakıların da münasibəti dəyişib: "bu belə deyil”, ”belə olmaz”, ”axı sən anasan” kimi öhdəliklərlə yaşamalı olub. Analar nə etməlidir?

Özünə pis olsa belə, övladına sevgi göstərməli, özü xəstə olsa da övladın qayğısına qalmalı, ac olsa da onu yedirtməlidir və s.

Çünki o anadır! Və sən böyüyürsən. Bir övlad olursan. Sənin beynindəki ana və qız rolları dəyişmir. Həmişə anandan nəsə gözləyir, alınmayanda inciyirsən. Özün etdiyin səhvlərdə ananı günahkar görürsən, çünki belə daha rahatdır. Yaralandıqca ananı yaralamaq istəyirsən.

Bir yaxşı düşün. Sən həmişə yaralı olanda ananı yaralamağa cəhd edirsən. İncidikcə onu incitməyə çalışırsan.

 


-Hmm. Bəlkə də... Amma adi məsələlərdə də o, məni qıcıqlandırır. Sonuncu dəfə mən onun yanına gedəndə, mənə dedi, ay allah, bu nə qısa ətəklikdir geymisən. Özün görmürsənmi necə qısadır? Bu məni özümdən çıxartdı. Başqa necə olsun?

 

 

- Bax burda sənin iki cür münasibətin ola bilərdi: Birincisi, yaxşı analar övladını mühakimə etmir, danlamır, olduğu kimi qəbul edir-düşünə bilərdin. İkincisi, yaxşı övladı analar mühakimə etmir. Sənin beynində isə "pis anadır” fikri yarandı. İndi təsəvvür et ki, yad, amma sənə yaxın bir qadının yanına getmisən.O sənin üçün hər şey edə biləcək anan deyil, sadəcə dost bildiyin biridir. O da geyiminə fikir bildirə bilər. Sən bunu necə qarşılayarsan? Məncə, daha sakit. Bu səni özündən çıxarmayacaq. Bir rəfiqən geyimin haqda irad bildirə bilər və sən bunu emosional qəbul etməzsən.

 

 valideyn-övlad münasibətləri | Axtarış | Kayzen

- Hə, anlayıram. Əgər anama da belə yanaşsam, bu qədər qıcıqlanmaram. Buna çalışaram. Amma bu xəyanət deyilmi?

- Nə mənada?

- Yəni, mən ona ana kimi deyil, kənar adam kimi baxıram.

- Paradoks alınır. Sən beynindəki ana obrazını itirməklə, daha isti münasibət quracağın birini tapırsan. Məsələ ondadır ki, sən əslində yanında olduğun ananla deyil, öz beynində yaratdığın fantastik biri ilə ünsiyyət qurursan. Ananı real, olduğu kimi qəbul edə bilmirsən. Münasibətləriniz alınmır. Siz adi iki insan kimi bir-birinizdən uzaqsız. Əslində siz artıq iki ayrı adamsız həm də. Məsələyə bir də belə yanaş. Sənə doğma olan bir qadındır, tanışındır və sən onun yanına getmisən. Osa sənə deyir: Sən yenə belə qısa ətək geymisən?” Sənsə ona "Hə, bu mənim xoşuma gəlir. Çay içəkmi”?-deyə cavab verirsən. Və sən heç nə olmamış kimi çay süfrəsi hazırlayırsan. Onun sözünü münaqişəyə sürükləmirsən. Həm də sən ananın sənin qısa paltar geyməyindən narazı olduğunu bilirsən, ona görə də onun iradına sakit yanaşa bilərsən. Bir də unutma ki, bizim yaxınlarımıza belə aqressiv cavab vermədikcə iradları azalır. Sən özünü ələ almalısan, sakit yanaşmalısan. Bütün kobudluqlarına, səhvlərinə baxmayaraq səni həmişə sevən insandır ana. Onun fikrinə hörmətlə yanaşa bilərsən.

- Çalışaram.

P. S. Bir- neçə dəfə görüşdük, söhbətləşdik "T” ilə. Və o çalışdı. Anladı ki, guya azadlığını qoruyaraq özbaşına verdiyi qərarlarda səhvləri daha çox olub. Bir də anladı ki, onun xoşbəxtliyini ən çox arzulayan və bunun üçün ən çox çabalayan da anadır. 

 

Valideynlərinizdə təkcə sevgi gözləməyin, siz də sadəcə sevin.

 

 

 

 

 

 

 

 
 
Denis Şvetsov
 
qadinkimi.com