BURA / ORA
Pakizə ana bəraət aldı - VIDEO Tarix : 08 Noyabr 2019, 15:22
Yazar : Qadinkimi.com
Şəhid Anaları dərnəyinin rəhbəri Pakizə Alp Akbaba "Prezidentin təhqir edilməsi” iddiası ilə təqsirləndirilirdi. Məhkəmədə Ərdoğanın vəkillərinin şikayətdən vazkeçildiyini bildirməsindən sonra cinayət ünsürlərinin olmadığına qərar verilib və bəraət alıb. Pakizə ananı məhkəmə binası önündə aralarında İYİ partiyanın rəhbəri Meral Akşenerin də olduğu bir çox insan qarşılayıb. Pakizə ana məhkəmədən sonra "məni susdurmaq istəyirlər. Amma susmayacam. Daha da çox danışacam” dedi. 
 


Ankarada gerçəkləşən məhkəmə işində Akbaba və vəkilləri ilə prezident Ərdoğanın vəkilləri iştirak edib. Məhməkə binasıönündə İYİ partiyanın rəhbəri Meral Akşener də Pakizə Alp Akbaba ilə salamlaşıb və ona dəstəyini bildirib. 

Ona qarşı irəli sürülən ittihamları qəbul etməyən Akbaba CHP-nin 2017-ci il dekabrın 5-də qadınların seçmə və seçilməhaqqının 83-cı ildönümü münasibətilə təşkil etdiyi "Bərabərlikvə Ədalət Qadın Görüşməsi” adlı tədbirindəki çıxışında heç bircinayət ünsürünün olmadığını deyib. 

Ərdoğanı əsla təhqir etmədiyini bildirən Akbaba "qadınlarlabağlı bir tədbirdə kürsüyə çıxıb hər kəsin bildiyi şeyləri bir şəhidanası olaraq dilə gətirdim. Səhv heç nə demədim. Bir şəhidanasının öyrənmək istədiyi sualları verdim. İttihamları qəbuletmirəm. Bəraət istəyirəm” dedi. 

Ərdoğanın vəkili Fəxri Şahin (Fahri Şahin) isə bir şəhid anasınınmüqəssir qismində məhkəməyə çağırılmasının qəbuledilməzolduğunu deyib. Prezdentin vəkili Pakizə ananın çıxışında heçbir cinayət ünsürü olmadığını vurğulayıb. Bundan əlavə, vəkil"Cənab Ərdoğan bu məqamlardan xəbərdar olsaydı, buməhkəmə işi heç vaxt gerçəkləşməzdi” fikirlərini də səsləndirib. 

Məhkəmədə hökmü açıqlayan hakim Pakizə Alp Akbabanın bəraətinə qərar verib.

İYİ partiyasının rəhbəri Meral Akşener məhkəmə binası önündəmedia nümayəndələrinə verdiyi açıqlamada şəhid anasına cinayət işi açılmasını şiddətlə qınadığını deyib. 

Akşener "Pakizə Akbabanı uzun illərdir ki tanıyıram. Şəhidanalarının, atalarının, həyat yoldaşlarının, övladlarının biz siyasətçilərə çox şey deməyə haqları var. Buna görə də bu gün Pakizə ananın burda ittiham edilməsini şiddətlə qınayıram. Bir şəhid anasına məhkəmə işi açılmamalıdır” dedi. 

Bəs Pakizə Akbaba o çıxışında nə demişdi?

Şəhid anaları dərnəyinin rəhbəri Pakizə Alp Akbaba 2017-ci ildekabrın 5-də CHP tərəfindən təşkil olunmuş "Bərabərlik vəədalət qadın görüşü” adlı tədbirdə çıxışında "Hər kəs həddinibilsin. İndi PKK bitdi, FETÖ çıxdı meydana. FETÖ məclisdədir, öncə məclisi təmizlə.  Mən şəhid verdim, saçımı süpürgə etdim. Bütün övladlarımı Atatürkçü, vətəninə, millətinə sevgi iləböyütdüm. Onlardan birini əsgərliyə gönərdim. Təəssüflər olsunki xain bir güllə ilə şəhid oldu. "Analar ağlamayacaq”… dedilər. Niyə şəhid veririk? Bacarmırsınızsa vəzifənizdən çəkilin” demiş, iqtidarın PKK və FETÖ ilə mübarizəsini sərt sözlərlə tənqid etmişdi.



Mənbə: sözcü.com.tr

qadinkimi.com