BURA / ORA
Oturuşa görə insanın xarakteri - hansı bənd sizə uyğundu Tarix : 17 İyun 2019, 14:51
Yazar : Qadinkimi.com

A. Belə oturanlar həyatı axarına buraxanlardı. Planlamanı sevmirlər, gələcəklə bağlı güclü narahatlıq keçirmirlər. Onlar gözlənilməzdi, spontandı, maraqlıdı. Belə adamlar öz həyatlarını yaşayır, kimin nə fikirləşməsi veclərinə deyil. Təxəyyülləri parlaqdı. Qeyri-adi obrazlar yarada bilirlər. Bir az infantildilər (yetkinləşməyən). Dünyanın ən mehriban insanlarıdı. Ərköyünlükləri, şıltaqlıq və kreativlikləri var. Belə adamlar adətən danışır, sonra düşünür.
 


B. Bu vəziyyətdə oturanlar ideya istehsal edənlərdi. Onlar adətən introvertdilər (özünə qapanan). Fikirlərini heç kimə etibar etmirlər. Onlar qazanc əldə edə bilirlər, cazibəyə uymurlar. Maraqlı həmsöhbət ola bilirlər. Sizə yad və uzaq olan mövzular haqda səmimi danışırlar. Onlar yeni həyata başlamaq, yeni səhifə açmaq üçün birinci günü, yeni ili gözləmirlər. Axı hər şeyə indi başlamaq olar. Bir anın içində imic, partnyor, şəhər, iş və s. dəyişə bilərlər. Onlar sizi hər halınızla anlamağa çalışar və ittiham edən ən sonuncu adam olarlar. 
 


C. Bu formada oturanlar özlərinə inamlı olur. Nə istədiklərini çox gözəl bilir. Öz güclü və zəif tərəflərini dəqiq müəyyənləşdirir və bundan məharətlə istifadə edirlər. Adətən ekstrovert olurlar, diqqət mərkəzində olmağı sevirlər. Geyim seçməkdə kaprizlidirlər. Xaos və dağınıqlıq onlar üçün norma ola bilər. Çünki hər şeyi əlaltına qoyub tez də tapmağı xoşlayırlar. Məclisin gözü olurlar, təşəbbüsü götürməyi bacarırlar. Qürurlu və yekəxana görünsələr belə əslində ünsiyyətcil və xoş adamlardı. 
 


D. Bu vəziyyətdə oturanlar xeyirxah, nəcib, dürüst adamlar olur. Sözü birbaşa deyirlər. Xarakterlərində neqativlə-pozitiv balans təşkil edir. İlk köməyə qaçandılar. Onlar qayğı göstərməkdən və sevgilərindən utanmazlar. Onların sevgi və qayğısı başqaları tərəfindən belə də olmalıymış kimi qarşılanır. Bu halla tez-tez üzləşirlər. Amma optimizm və qayğıkeşlik onları tərk etmir. Bu da güclü xarakterlərinin göstəricisidi. Düşünə bilən, intellegent və kövrəkdilər. Hesab edirlər ki, pis sülh, yaxşı müharibədən faydalıdı. Kimsə yanlarında öz hisslərini nümayiş etdirsə, diskomfort olurlar. 
 


E. Bu şəkildə oturanlar ehtiraslı və emosional olurlar. Onlar rəhbər doğulurlar. Yaxşı təşkilatçı olurlar. Ambisiyalıdırlar. Perfeksionizmə meyillidilər, xırdalıqlara çox fikir verirlər. Dinləməyi bacarırlar, işarələri göydə tuturlar. Gizli şəxsiyyətləri onları sirli və maraqlı edir. İnadları və məqsədyönlü olmaları ilə seçilirlər, bəzən bu xüsusiyyət tərsliyə çevrilir. Ləyaqət hissi bu adamları kaprizləri unudub irəli getməyə, məqsədə çatmağa məcbur edir. Görünüşləri ilə bağlı çox tələbkardılar. Yaxşı görünmək üçün çox zəhmət çəkirlər. Qəlblərinin lap dərinliyində onlar bir az özlərinə inamlı deyillər. Buna görə də ən konstruktiv tənqiddən belə dik atılırlar. 
 


qadinkimi.com