DƏB VƏ BAXIM
Osmanlı sultanlarının gözəllik sirləri Tarix : 05 Mart 2021, 02:05
Osmanlı sultanlarının gözəllik sirləri 

Osmanlı Sultanlarının hər biri bir-birindən gözəl, bir-birindən özəlmiş. Bəs əvvəllər ən kiçik texnoloji alət və ya hazır vəsaitlər yox ikən dəri gözəlliklərini necə təmin edirdilər?

Saç və Dəri Baxımı: Saç və dəri baxımında gili çox istifadə etmişlər. Gildanlıqların içinə əvvəl gil qoyar, sonra da su tökərdilər. Gil aşağıya çöküncə,üstündəki suyu istifadə edirdilər.Bu suyun yumşaldıcı və saçı-dərini bəsləyici təsiri vardır.

Kisə: Saraydakıların bir nömrəli gözəllik sirri təmizlik idi. Hamam mədəniyyəti bu səbəblə inkişaf etmişdi. Duşda mütləq kisələnər və kisələnmək də ən təbii peeling(dəri təmizliyi) idi.

Qoxulu Sabun: Təmizlikdə sabun ən əhəmiyyətli məhsul idi. Bu səbəblə çox böyük bir sabun sektoru vardı.Saraya da ən keyfiyyətli sabunlar gəlir və bunlara əridilib istifadə edəcək adamın zövqünə görə gül və ya meyvə şəkilləri verilərdi.Saraylıların sabunları mütləq qoxulu olardı.
 
 
Saçları Yumşaltmaq: Saçlar sabunla yuyulduğu zaman sərtləşir. Bunun üçün yumşaldıcı olaraq gülxəttmi və əməngüməci istifadə etmişlər. Bu bitkiləri qaynadınca konsistensiyalı bir su meydana gələr. Bu konsistensiyalı su bu günki saç kremlərindən daha təsirlidir. Saraya kilolarla qurudulmuş gülxəttmi və əməgüməci gəlirdi.
 
 

 


Dəri Yağları: Dəri baxımında yağlardan çox istifadə etmişlər. Çünki kisələnib, ölü dərini atdıqdan sonra çölə çıxanda dəri tez büzülər. Buna görə duşdan sonra incə bir təbəqə yağ dəriyə sürtülərdi. Beləliklə xarici faktorlardan qorunardı.

Əl və Ayaq Baxımı: Əl, ayaq və dırnaq baxımı da çox əhəmiyyətli idi. Bunun üçün susam və ya zeytun yağı çox istifadə edərdilər. Amma bunları bitkilərlə birlikdə istifadə edərdilər. Xüsusilə gül yağı seçilərdi. Bu da belə əldə edilərdi; qoxulu gül yarpaqları zeytunyağı ya da suysam yağı içində gözlədilir. Sonra süzərək əldə edilən yağ, dəriyə çox faydalı olurdı.

Gül Suyu: Osmanlı saraylarında tonlarla gül suyu istifadə edilirdi. Çünki gül suyu üzü təmizləyər, dərini nəmləndirər və qırışıqları aradan qaldırardı.

Qoxu: Osmanlı sarayında qoxular çox əhəmiyyətli idi. Hətta həkimlər qoxuyla müalicə belə edirdi. Dəyişik qoxuların insanları ruhən və bədənlə necə müalicə edəcəyi yaxşı məlum idi.Çox gözəl ətirlər əldə edərlər və xüsusilə baharda buxur günləri edərdilər. Səhərlərə qədər qazanlar qaynar gözəl qoxular əldə edilərdi.

Limon: Ən əhəmiyyətli gözəllik sirlərindən biri də limon idi. Əl və üzləri üçün ağardıcı olaraq istifadə edilərdi. Limon antiseptik olub içində şəkər vardır, üzü bəsləyər, gərginləşdirər və yaraları yaxşılaşdırar.

Yemək yemək: Osmanlıda çox əhəmiyyətli iki estetik qayğı vardı. Cildlərinin ağ, saçlarının qara olması məqbul idi. Açıq rəng saç sevilmirdi. Ağ bədən isə gözəllik demək idi. Gözəllik və gənc qalmaq üçün yeməklərinə çox diqqət yetirərdilər. Onsuz da qətiliklə çox yeməzdilər. Xüsusilə yazda çox az qidalanar və bu əsasən bağırsaqları və qanı təmizləyəcək tərəvəzlər olardı.
 

qadinkimi.com