BURA / ORA
Oqtay Şirəliyevin qızı Mədəniyyət naziri təyin edildi Tarix : 25 Sentyabr 2018, 23:30
Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiyada yüksək vəzifəyə təyin edilib.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: "Moskva vilayətinin icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”.

Qeyd edək ki, uzun illərdir Rusiyada yaşayıb-fəaliyyət göstərən N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, ingilis və fransız dillərini bilir. O, 2013-cü ilin fevralından Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu tuturdu. Onun fəaliyyəti dövründə əyalətdə bir sıra mədəniyyət tədbirləri və layihələr həyata keçirilib.

Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib.
2012-ci il yanvarın 15-də 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib.