BURA / ORA
“Oğlum hərbiyə getməyəcək və dünyanı gəzmək imkanı olacaq” Tarix : 07 Noyabr 2019, 15:22

 

Almaniyali jurnalist Vera Lorens Berlin divarı söküldüyü gün yaşadıqlarını paylaşıb.

 

"O zaman 26 yaşım var idi. Mən "Morqen” qəzetində çalışırdım. Bu, Liberal-demokratik partiyasının qəzeti idi. İlk olaraq ağlıma gələn bu oldu: " Hər şey necə əladı, nə yaxşı ki, oğlum – onda iki yaşı vardı – hərbiyə getməyəcək”. 

 

Dördüncü gün idi. Mən işdən sonra oğlumu yaslidən götürməyə getmişdim. Çox aktiv uşaq idi. Şən və əyləncəli oğlan idi. Biz çox sevinirdik ki, o, həmin vaxt yuxuya gedib. Biz artıq xəbəri televiziya və radiodan eşitmişdik.  Bir anlıq fikirləşdim: "Axır ki...".

 

"ADR də biz ən çox dünya haqda danışırdıq. Deyirdik ki, bizim dünyaya necə münasibətimiz ola bilər, axı onu heç görmürük? Bu gün hər şey tamam ayrı cürdü. Bu gün gənclik – fərqi yoxdu, şəhərli, yoxsa kəndli, dünyanın hər yerini gəzmək imkanı əldə edib. Başqa ölkələri görə bilir. Dünyanın hər yerində təhsil alıb geriyə yeni biliklərlə dönür və ölkəyə fayda verirlər. Eynən artıq almana çevrilmiş və ölkəni zənginləşdirən üçüncü nəsil miqrantları kimi”. 


Qeyd edək ki,  Berlin divarı Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km ) olan möhkəmləndirilmiş dövlət sərhədidi.

9 noyabr 1989-cu ildə Almaniya Demokratik Respublikasının höküməti Almaniya Federativ Respublikası əhalisi ilə təmasa qoyulmuş məhdudiyyəti aradan qaldırmaq qərarını qəbul edib. ADR hökuməti kütləvi xalq çıxışlarının təzyiqi ilə 1989-cu il noyabrın 11-də Qərbi Berlinlə əlaqə məhdudiyyətlərini aradan qaldırdı, 1990-cı il iyulun 1-də isə sərhəd nəzarətini tamamilə ləğv etdi. Onda Şərqi Berlinin minlərlə sakini qərb tərəfə axın edib. 

 

qadinkimi.com