BURA / ORA
Nobel mükafatı 55 il sonra yenidən qadın alimə verildi Tarix : 03 Oktyabr 2018, 10:24
Yazar : Qadinkimi.com
2018 Nobel Fizika Mükafatı kanadalı alim Donna Stricklandlə amerikalı elm adamı Artur Ashkin və fransız elm adamı Jerar Mourouya verilib. Donna Strickland 55 il sonra bu mükafatı alan ilk alim qadın oldu.
 
Mükafat Donna Stricklanda lazer fizikası sahəsindəki işlərinə görə verilib. Strickland optik pinset adı verilən və bioloji sistemləri araşdırmaq üçün istifadə edilən bir lazer texnikası inkişaf etdirdiyi üçün mükafata layiq görülüb. Donna Strickland bu sahədə mükafat alan tarixdəki üçüncü elm qadınıdı.
 
 



Daha əvvəl bu mükafat 1903-cü ildə Mariya Küriyə, 1963-ci ildə isə Mariya Goeppoert-Mayerə verilmişdi.
Artur Ashkin və Jerar Mourou da eyni sahədəki işlərinə görə mükafatı Strickland ilə bölüşüb.
 
  
 
Mourou və Strickland göz cərrahiyyəsi sahəsində də istifadə olunan, yüksək sıxlıqlı və çox qısa lazer atışları əldə etməyə nail olublar.  Bu üç elm adamı Nobel Fizika Mükafatı ilə yanaşı, 9 milyon İsveç kronunun da sahibi olublar.  

"Bu, gerçəkdirmi?" - deyə özümdən soruşdum
 

 
Kanadanın Vaterloo Universitetində çalışan doktor Strickland mükafat aldığı anla bağlı təəssüratlarını bölüşüb: " İlk reaksiyam bu oldu. Bu, gerçəkdirmi? - deyə  özümdən soruşdum". 

Nobel Fizika Mükafatını ən son alan alim qadın Almaniyada doğulan amerikalı alim Mariya Goeppert-Mayer olub. 1963-ci ildə tarixə düşən  bu uğurdan 60 il əvvəl isə  məşhur fizik Mariya Küri radioaktivlik dərəcəsi ilə bağlı ixtirasına görə "Nobel" qazanıb. Mariya Küri də mükafatı həyat yoldaşı Pyer Küri və Antuan Anri Becquerel ilə bölüşüb.