Uşaq olan zaman çoxluq "əə, sən yekə kişisən ee, bunnan oynamaq vaxtın deyil, ay qız, balaca uşaqsan sən belə eləmə" və.s kimi ifadələri beynimizə o qədər yeridirlər ki, doya-doya uşaqlıq yaşamırıq.
Bir az yaşın artır, nələrisə müzakirə etməyə başlayırsan, yenə "hələ uşaqsan, nə görmüsən ki" deyirlər.
Hər iki halda nə normal uşaq, nə də normal böyük ola bilirsən. Bizim üçün ən önəmli olan 2 şey:
1. Özünü ifadə etmək;
2. Seçim etmək;
Elə uşaq vaxtından əlimizdən alınır.
Sonra "şəxsiyyət" düzgün formalaşa bilməyəndə "ə, bu kimə oxşadı belə oldu?" kimi sualların məsuliyyətini yükləyirlər belinə.
Guya sən öz-özündən belə olmusan, ailənin heç bir rolu yoxmuş...
Bizi lap uşaq vaxtından dinləmirlər.
Ən yaxşı halda, başa düşmək üçün deyil, cavab verib başdan eləmək üçün dinləyirlər.
Belə hallar o qədər travma yaradır ki, nəticədə aqressiv, əcaib bir varlıq kimi formalaşıb çıxırıq toplum içinə.
Ona görə toplumun içində sosial şəxsiyyət pozğunluğu olanlar çoxdu.
Orxan Şahbaz
qadinkimi.com