İlkin olaraq dodaqlar nəzərinizi cəlb etmişsə...
Həyatınızda sabitlik və əmin-amanlıq yoxdur. Sabaha inamınız tükənmək üzrədir. Belə bir vəziyyətdə tam xoşbəxtlik və harmoniya əldə etmək mümkün deyil. Həyatınız dəyişiklik tələb edir, ancaq bu sizi qorxudur. Ola bilsin ki, gələcəkdən qorxmaqdan vaz keçərək qaçılmaz bir addım atasınız. Risk etməkdən çəkinən olmağınız monoton həyatınızı dəyişməyə qorxmağınıza işarədir. İndi olduğunuz yerdə qalmaqla zaman keçdikcə daha yaxşı nəticəyə bütün ümidinizi itirə bilərsiniz. Kiçik və sadə hərəkətlərdən başlayın: bir yenilik edin, özünüzə yeni geyimlər alın, tərzinizi yeniləyin, saç düzümünüzü dəyişdirin, kurslara yazılın, tədbirlərə qatılın, özünüzə xoş günlər bəxş edin. Tədricən, dəyişikliklərə uyğunlaşacaq və artıq həyat nəzərinizdə qorxunc, kədərli, ümidsiz olmayacaq.
Çimərlikdə cütlük gördünüzsə...
Həyatınızda canlı ünsiyyət, səmimi istilik çatışmazlığı var. Bəlkə də nəticəsiz həyat yoldaşı axtarmaqdan tənhalaşmısan. Və ya ailədə heç nə yaxşı getmir, sizinlə həyat yoldaşınız arasından qara pişik keçib. Şübhələriniz sizin sakit həyatınızı pozur, ağırlaşdırır. Bir sözlə, qəlbdəki soyuqluq, ən çox sirrini deyə biləcəyin bir insanın olmaması səni gərginləşdirir. Təcili olaraq bu vəziyyətdən çıxmağın vaxtı gəldi. Lazım olan dəyişiklikləri həyatınızda özünüz edin, müsbət və maraqlı insanlarla ünsiyyət qurun. Problemlərinizi özünüzə yük etməyin, diqqəti cəlb etməyə çalışın, daha çox çalışqan olun, özünüzə dəyər verin, gördüyünüz hər hansı bir işi sevərək, məsuliyyətlə yerinə yetirin . Həyatınızın yaxşılığa doğru dəyişəcəyini görəcəksiniz.
Əgər nəzərinizi cəlb edən dənizdirsə ...
Test, daha yaxşı bir gələcəyə inamınızın olmadığını göstərir. Ümidlə, ehtiyatla gözləyir, tez-tez fikirlərinizi keçmişlə bağlayırsınız. Sonu olmayan taktikanızı dəyişin; keçmiş keçmişdi və heç bir məqamda sizə kömək etməyəcək. Gələcək isə həqiqətən də əlinizdədi və bu yalnız səlahiyyətli hərəkətlərinizdən asılıdır. Gələcəkdən qorxmamalı, bunun üçün səy göstərməlisiniz. Xəyallarınızın gerçəkləşməsi məqamının gəldiyini anlayıb səy göstərməlısınız. Testin nəticəsi, hər şeyi sonraya saxlamağa meylliliyinizi və süründürücü olduğunuzu göstərir. Vaxtınızı düzgün bölüşdürməyin, uzunmüddətli hədəflər qurmaq zamanıdır. Beləliklə, özünüz müsbət dəyişikliklərin həyatınıza necə cəlb olunduğunu da hiss edəcəksiniz. Bunu taleyin sizə lütfü olduğunu düşünün.
Yeganə İskəndərova.
qadinkimi.com