HƏR ŞEY / HEÇ NƏ
Naftalandakı sanatoriyalarda tükürpədici qiymətlər - 14 günə 4 min manat! Tarix : 18 İyun 2019, 18:15

Dünya əhəmiyyətli unikal müalicəvi Naftalan nefti hələ qədim zamanlardan dayaq hərəkət aparatı, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanıb. O, iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır.
1929-cu ildən başlayaraq naftalan yatağı ərazisində ixtisaslaşdırılmış Naftalan kurortu fəaliyyətə başlayıb. Burada SSRİ-nin bütün guşələrindən dayaq hərəkət aparatı xəstəliklərindən, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunublar. O dövrdə Naftalan kurortu elitanın ən sevimli istirahət yeri idi.

Hazırda isə Naftalanda bir neçə sanatoriya fəaliyyət göstərir, lakin onların bir çoxunun qiyməti sadə vətəndaşların cibi ilə təzad təşkil edir. 

Qaynarinfo həmin sanatoriyaların bəzilərinin qiyməti ilə sizi də tanış edir. 

Həmin qiymətlərin nə qədər ədalətli olduğuna da qoy elə oxucular qərar versin. 

Beləliklə: 

15 min kvadratmetr əraziyə, 4 mərtəbəli yataq və 4 mərtəbəli müalicə korpusuna, eləcə də digər yardımçı binalara malik, çoxillik həmişəyaşıl şam ağacları və dekorativ ağaclarla əhatə edilmiş olan "Gözəl Naftalan” sanatoriyasında 1 nəfər üçün 1 sutkalıq qiymət mövsümi olaraq tənzimlənir. 

Belə ki:
– 35 AZNsutkalıq (qiymət sadə otaqda 1 nəfər üçün nəzərdə tutulub);
– 50 AZNsutkalıq (qiymət lüks otaqda 1 nəfər üçün nəzərdə tutulub).

"Möcüzəli Naftalan” sanatoriyasındakı bəzi qiymətlər isə aşağıdakı kimidir: 

– 1 nəfərlik yarılüks otaq: 7 gün – 350 manat;
– 2 nəfərlik lüks otaqda 1 nəfər üçün qiymət : 7 gün – 700 manat

Bir neçə ildir fəaliyyət göstərən və 300 xəstəyə müalicə etmək imkanına malik olan  "Sehrli Naftalan” sanatoriyasının qiymətləri isə aşağıdakı kimidir: 
1 noyabrdan 1 aprelədək: 

Bir nəfər üçün iki nəfərlik otaqda - 30 AZN 
Bir nəfər üçün üç nəfərlik otaqda - 30 AZN 
Bir nəfər üçün iki çarpayılı otaqda - 40 AZN 
İki nəfər üçün iki nəfərlik otaqda - 60 AZN 
Bir nəfər üçün lüks otaqda - 60 AZN 
İki nəfər üçün lüks otaqda - 80 AZN 

1 apreldən 1 noyabra:
Bir nəfər üçün iki nəfərlik otaqda - 30-35 AZN 
Bir nəfər üçün üç nəfərlik otaqda - 30 AZN 
Bir nəfər üçün iki çarpayılı otaqda - 50 AZN 
İki nəfər üçün iki nəfərlik otaqda - 70 AZN 
Bir nəfər üçün lüks otaqda - 70 AZN 
İki nəfər üçün lüks otaqda - 100 AZN

Naftalanın ən bahalı sanatoriyaları isə "Qaşaltı” və "Çinar”dır. 

"Qaşaltı" ("Gaşaltı") sanatoriyası  üç mərkəzə bölünür: otel və poliklinika; tibb bina və idman və əyləncə kompleksi. Sanatoriyanın binalarında qapalı üzmə hovuzu, yodlu bromlu vanna, sualtı idmanı məşqləri, sauna, türk və fin hamamları var. 

Sanatoriyanın yataqxanasında 92 otaq var, bunlardan 83-ü standart, 9-u suitdir. Sanatoriyanın geniş "Qaşaltı" əyləncə mərkəzində bir 3D kino, boulinq salonu, bilyard salonu və slot maşın salonu var. İdman və gimnastika zallarında kasiskelet sistemində, o cümlədən tibbi simulyatorlarda problemlərin aradan qaldırılması üçün müasir avadanlıq quraşdırılıb. Sanatoriyanın ərazisində mini futbol üçün açıq stadion, tennis kortu və basketbol meydançası mövcuddur. Həmçinin 5 və ya daha çox nəfərlik qrup böyük ailələr və turistlər üçün öz heyətinə malik geniş kotteclər var. 

Bütün otaqlarda rahatlıq səviyyəsi Avropa səviyyəsində 5 ulduzlu otel standartlarına cavab verir: geniş yüngül otaqlar, avtomatik istilik və soyutma sistemi, kabel televiziyası və beynəlxalq telefon xətti, simsiz internet və mini bar.

Sanatoriyadakı qiymətlər (14 gün ərzində) isə vətəndaşların mütləq əkəsriyyəti üçün əlçatmazdır. 

Belə ki:
"Standart” otaqlarda – dekabr, yanvar, fevral ayları üçün – 1 nəfər 1200 manat; 2 nəfər 1980 manat, mart, aprel, may ayları üçün – 1 nəfər üçün 1320; 2 nəfər üçün 2178 manat; iyun, iyul, avqust, sentyabr ayları üçün – 1 nəfər üçün 1560 manat; 2 nəfər üçün 2574 manatdır. 

"Deluxe” otaqlarda isə  dekabr, yanvar, fevral ayları üçün – 1 nəfər 1440 manat; 2 nəfər 2376 manat, mart, aprel, may ayları üçün – 1 nəfər üçün 1584; 2 nəfər üçün 2614 manat; iyun, iyul, avqust, sentyabr ayları üçün – 1 nəfər üçün 1872 manat; 2 nəfər üçün isə 3089 manatdır. 

"Deluxe Suite 1” otaqlarda iki nəfərlik yerlərdə qiymətlər iyun, iyul, avqust, sentyabr ayları üçün 5 min manatı keçir. 

"Presidential Suite” otaqlarda isə qiymətlər ümumiyyətlə fantastikdir: ilin fəslindən asılı olmayaraq 4 nəfərlik yerlər 15 827 manatdır. 

Hələ SSRİ dövründə böyük şöhrət qazanmış "Çinar” sanatoriyası hazırda həm də müasir otel kompleksidir və "Chinar Hotel SPA Naftalan” adlanır. Şam ağaclarından ibarət parkla əhatə olunub. Buranın əsas üstünlüyü, onun 70-dən artıq xəstəlik növünün müalicəsi üçün geniş müalicə proqramına sahib olmasıdır. Müalicə kursu adətən 14 gün təşkil edir. Lakin oteldə qalma müddəti heç bir qaydada nizamlanmır.

İki nəfər üçün 7 günlük qiymətlər 1 498 manatdan başlayır. 

"Standart” otaqlarda  1 nəfər 14 gün üçün –  may-oktyabr aylarında 1355 manat, "Superior” otaqlarda 2716, "Suite” otaqlarda 3248 manat, "Deluxe”otaqlarda isə 1-4 nəfər üçün 6650 manat, "King Suite” otaqlarda isə 14 250 manat təşkil edir. 

qaynarinfo.az