BURA / ORA
Misirdə güclü külək turistlər olan hava şarını dağlara aparıb Tarix : 21 İyun 2019, 08:49
Səbətdə olan 11 turistdən heç kimə heç nə olmayıb.

Aerostatda 11 nəfər olub. Onlar Luksor şəhərinin yaxınlığında, ölkənin şərqində olan qədim məbədlər üzərindən havaya qalxıblar. 
 
Birdən hava selinə tuş gələn şar dağlara tərəf hərəkət etməyə başlayıb. İçində misirli pilot olmaqla Çindən 5, Hindistandan 4, Britaniyadan 1 nəfər olub. 

Hava şarı uğurla yerə enib. 
 
Xilasedicilər axtarış nəticəsində turistləri tapıblar. 
 
Hər şey xoşbəxt sonluqla bitib.

qadinkimi.com