BURA / ORA
Merkeldən sonra partiya rəhbərliyinə favorit namizəd - Merz.. Tarix : 03 Noyabr 2019, 17:55
Yazar : Qadinkimi.com


Almaniyada növbəti seçkilərdə iştirak etməyəcəyini açıqlayan Baş nazir Angela Merkelin yerinə Xristian Demokratlar Birliyinə (CDU) kimin girəcəyi məsələsi ölkənin gündəmində qalmaqdadı.

 

Bazar günü keçirilən sorğuda partiya daxilində daha çox sağçı iqtisadiyyata və mühacir siyasətinə bağlı olan Fridrix Merzin Merkelin dəstəklədiyi Annegret Kramp-Karrenbauerdən daha populyar olduğu ortaya çıxdı.

 

Respondentlərin 31%-i Merz-in CDU-ya rəhbərlik etməsini istədiklərini söylədi. Kramp-Karrenbauer isə 19% dəstək alıb. Namizədlər öz proqramlarını gələn ay Leypsiqdə keçiriləcək partiyanın plenar iclasında təqdim etməyə hazırlaşırlar. Kramp-Karrenbauer keçən ilin dekabrından Merkelin boşaltdığı kürsüdə oturub. Digər tərəfdən, iqtisadiyyatı ləngidən Almaniyada Xristian Demokratlara dəstək azalır. 


Türingiyada ötən həftə keçirilən seçkilərdə CDU Almaniyanın Alternativ (AfD) partiyasına uduzub.

Emnid şirkətinin keçirdiyi sorğudya görə CDU geniş kütlənin dəstəyini ala bilməyəcək. Olsa da bu rəqəm 53%-I keçməyəcək.

 

 
 

 
qadinkimi.com