BURA / ORA
Meqafana gedən ana və qızları yoxa çıxıb Tarix : 06 Noyabr 2019, 09:00

Bakıda ana iki uşağı ilə birgə itkin düşüb.

"Report"un xəbərinə görə, hadisə oktyabrın 24-də Nərimanov rayon ərazisində baş verib. 

Belə ki, 1992-ci il təvəllüdlü Lamiya Əlizadə oğlu - 2010-cu il təvəllüdlü Emil Məmişov və qızı - 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birgə Xətai rayon ərazisində yerləşən "Megafun" əyləncə mərkəzinə gedib. O, bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlayıb və Ə.Rəcəbli küçəsi-3 ünvanında yaşayan bacısının evinə gedəcəyini deyib və bir daha geri qayıtmayıb. 

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.