QADIN / KİŞİ
"MƏNİM ANAM" gənclər şəhid analarına baş çəkməyə çağırır Tarix : 06 Mart 2019, 14:46
Tərtər rayonunda 8 mart  Beynəlxalq Qadınlar Günü  " Mənim anam” adlı aksiya olacaq. Aksiya çərçivəsində təşkilatçılar şəhid analarını ziyarət edəcək.  
Uğur Gənclər Qrupunun təşəbbüsü ilə gerçəkləşəcək aksiya haqqında qrupun rəhbəri  Günel Abbasova qadinkimi.com-a fikirlərini bildirib: 
 
"Aksiyamiz "Mənim anam" adlanır. Ətrafimızda şəhid anaları, qazilər var. İnsanlardan aksiyamıza dəstək istəyirik ki, bayramda vətən üçün canını qoyan, övladını qurban verən ailələr yaddan çıxmasın. Bu torpaq ücün can qoyan oğullarımızın anası unudularsa, vətəni kim qoruyar belə münasibətdən sonra? Günel xanım bildirib ki, bu, onların ilk belə aksiyası deyil.Qrup üzvləri dəfələrlə şəhid ailələrini ziyarət ediblər. 
"Qazilərimizin qızları gələcək analardı. Qoy onlar davam etdirsinlər bu işi. Dildə yox, əməldə birləşək. Şəhid anaları unudulmasın. Uğur Gənclər Qrupu həmişə şəhid analarını ziyarət edir, amma bu dəfə daha kütləvi edəcəyik. Tərtər cəbhəyanı  rayondu. Burada işləmək, sosial aksiyalar etmək cətindi. Təməli biz qoyaraq inanırıq ki, ardımızca gələnlər var və olacaq". 
Aksiyadan nə kimi gözləntiləriniz var sualına isə Günel xanım belə cavab verib: 
"Gözləntimiz bu işi davamlı etmək üçün bizə qoşulanların sayının çox olmasıdı. Heç nəyə baxmadan təşəbbüsümüzü başqalarının da davam etməsini arzulayırıq. Şəhid analarına Prezident və vitse - prezident tərəfindən diqqət var,  tapşırıqlar verilir. Heyf ki, bu qayğıya məmurlar qoşulmur. Bəzi icra başçıları, millət vəkilləri onları tanımır. Elələri var qəbullarına gedənləri qəbul etmir. 
Şəhid analarının daha çox nəyə ehtiyacı olduğunu soruşanda isə təşkilatçı xanım onların əşyadan, bazarlıqdan çox diqqətə ehtiyacı olduğunu söylədi.  
"Şəhid anasına kiminsə nəsə gətirməsinə ehtiyac yoxdu. Onlar dərdlərini bölüşəcək insanlar görmək istəyirlər. Övladının boş yerə ölmədiyini, unudulmadığınu görüb sevinmək  istəyirlər. Hər şeyi  dövlətdən gözləmək olmaz. Biz də vətəndaş kimi öz borcumuzu yerinə yetirməliyik. Ətrafımızda belə ailələr varsa, onları ziyarət etməkdən başlamaq olar". 
Sonda isə gəncimiz belə bir müraciət səsləndirdi: 
"Sonda demək istəyirəm ki, Vətənpərvərlik  ağlamaq deyil. Şəhidlik qürurudu, gəlin, bu qüruru bizə yaşadanları unutmayaq. Gözləri qapıda qalan, ürəyi bala həsrətilə dolu neçə ana  var, onları unutmayaq, bayramda könüllərini xoş edək. Qanla suvarılan məmləkətimiz Qarabağ dərdi ilə yaralıdir. Gəlin, əl - ələ verək, hamımız "Mənim anam" tək qalmasın deyə onların qapılarını döyək. Aksiyaya qoşulmaq istəyənlər bizimlə əlaqə saxlaya bilər". 
qadinkimi.com
 
qadinkimi.az