Qadinkimi.com xəbər verir ki, İsveçdə yaşayan soydaşımız rejissor Rahim Sadıqbəylinin təşəbbüsü ilə Türkiyədə həbs edilən həmvətənimiz, iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün dəstək kampaniyası aylardı davam edir.
Həmin kampaniyaya qoşulan 300 azərbaycanlı qadın Mübariz Mənsimova dəstək məqsədi ilə imza toplayıb Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlayıb. Bu gün bir neçə saat öncə qadınları bir araya yığıb imzatoplama kampaniyasında aktiv rol alan təşkilatçı xanımlarla Birinci vitse-prezidentin görüşü baş tutub.
Rahim Sadıqbəylinin SAM TV-də açıqladığına görə xanım Əliyeva qonaqları çox isti qarşılayıb. Görüş zamanı Mehriban Əliyeva həmyerlimizin azadlığa buraxılması üçün addımlar atıldığını bildirib. Hətta onun azadlığa çıxmasının gözlənilən vaxtdan daha tez zamanda baş verəcəyi haqda söhbətlər aparılıb. Mübariz bəyin sentyabr ayına qədər həbsdən azad ediləcəyi istisna deyil.
qadinkimi.com